Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (20-05-2021, 17:02)
"Araik həbs edilib Bakıya gətiriləcək" - Proses gedir!

"Araik həbs edilib Bakıya gətiriləcək"
“Elə düşünməsinlər ki, Araik Arutyunyan günahsızdır və Azərbaycan onu həbs edib Bakıya gətirmək istəmir”.
Bu fikirləri millət vəkili Razi Nurullayev “Şərq TV”yə açıqlamasında bildirib.
Parlament üzvü bildirib ki, dövlətimiz özündə bütün hüquqları saxlayır:

“İstənilən yolla yerdə qalan problemləri həll edəcəyik. İstər hərb, istər sülh, istərsə də qol gücü ilə. Düşünməsinlər ki, separatimzlə məşğul olan, xalqımızın qanını tökən, əsgər və zabitlərimizə 30 ilə yaxın məşəqqət yaradan erməniləri bağışlamışıq. Xeyr! Biz həmin insanların da həbsi üzərində müəyyən işlər aparırıq və onları bağışlaya bilmərik”.

R.Nurullayevin fikrincə, Laçın dəhlizi onun üçün deyil ki, hər kəs gəlib oradan keçsin:

“Bu məsələlər mərhələli şəkildə müzakirə olunur və sərhədlərimizi, mövqeyimizi zaman içində möhkəmləndirir. Bütün bunlara vaxtı gəldikdə çox gözəl çarə tapılacaq. Çox sevinirəm ki, vətəndaşlarımızın da gözü açılıb, artıq onlar etibar etmirlər, güzəştin tərəfdaşı deyillər. Azərbaycan siyasətçiləri və dövlət adamları da birmənalı olaraq anlayıblar ki, Ermənistana və ermənilərə etibar yoxdur. Onların heç bir sözünə inamaq olmaz. Azərbaycan bu konteksdən çıxış edərək Rusiyanı ortada vasitəçi kimi görür. Bu baxımdan Zəngəzur dəhlizi, Xankəndi və digər məsələləri Rusiya ilə müzakirə edirik. Bizim üçün Ermənistanın mövqeyi maraqlı deyil”.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024