Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-04-2021, 13:58)
Tovuz və Qaradağda top mərmisi aşkarlandı

 Aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.
Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 85 millimetrlik top mərmisi aşkar edilib.
FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək müvafiq qaydada zərərsizləşdiriblər.
Əraziyə təkrar baxış zamanı başqa partlayış təhlükəli əşya aşkar edilməyib.
Həmçinin Tovuz rayonunun Vahidli kəndi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında FHN Xüsusi Riskli Xilasetmə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerinə baxış zamanı 1 ədəd partlamamış 85 millimetrlik top mərmisi aşkar edilib və götürülərək aidiyyəti üzrə təhvil verilib. Təkrar baxış zamanı ərazidə hər hansı partlayış təhlükəli əşya aşkar edilməyib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024