Siyasət (30-03-2021, 16:30)
"Nikoil" bankın həbs edilən vəzifəli şəxslərinə ağır cəza - məhkəmədə daha 4 nəfər qandallandı
“Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin (indiki Yelo Bank) Sumqayıt filialının vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb. Onlara hökm oxunub, məhkəmə zalında həbs edilənlər olub.
"Mediatv.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Ruslan Talıbov, Vüsal Qasımov, Nazim İsmayılov, Elşən Xıdırov və digərlərinin məhkəməsi keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər kredit üçün müraciət edən vətəndaşları müxtəlif üsullarla aldadıblar.
Zərərçəkmişlər qeyd ediblər ki, banka kredit üçün müraciət edən zaman onlardan girov kimi avtomobilləri tələb olunub.
Avtomobili banka girov qoymaq adı ilə başqa şəxslərin adına keçirilib. Bundan başqa, həmin vətəndaşların adına yüksək məbləğdə biznes kreditləri açılıb.
Digər zərərçəkmişlərin ifadələrindən isə məlum olub ki, onlar ucuz maşın almaq istəyərkən aldadılıblar. Belə təqsirləndirilən şəxslər kreditlə alınan, amma ödənişi vaxtında edilmədiyi üçün bank tərəfindən müsadirə edilmiş avtomobillərin satışını da həyata keçirib. Bu zaman vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq ediblər.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Onlar heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul krediti veriblər.
Bu kreditlər qarşılığında onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi alıblar.
İttihama görə, onlar vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.
Həmçinin istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.
Törətdikləri əmələ görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Məhkəmənin hökm ilə Ruslan Talıbov 10 il, Vüsal Quliyev və Elşən xıdırov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş şəxslər də həbs edilib.
Ev dustaqlığına olan məhkəmə zalımda qanadallanan 1962-ci il təvəllüdlü İsmayılov Nazim Şura oğlu 9 il, 1989-cu il təvəllüdlü Məmmədov Elçin Elşən oğlu 5 il, 1979-cu il təvəllüdlü Ramazanov Zaur Rəcəb oğlu 5 il, 1986-cı il təvəllüdlü Əliyev Rauf Akif oğlu isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığına olan digər şəxslərə isə şərti cəza verilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
30 10 2024
30 10 2024