Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-03-2021, 15:48)
Baydendən Əliyevə MƏKTUB... - “Ermənilərin arzusunu gözündə qoydu”

Baydendən Əliyevə MƏKTUB...
Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl Novruz bayramı münasibətilə Azərbaycan dövlət başçısını təbrik etdi. O, tərəflər arasındakı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib:“Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaq.
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Azərbaycan və Ermənistan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. ABŞ iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

BDU-nun professoru, politoloq Əlimusa İbrahimov sözügedən təbriki “Mediatv.az”a şərh etdi:

“Co Baydenin bu səmimi məktubu növbəti dəfə ermənilərin arzularını gözündə qoydu. Onlar tamamilə başqa məzmunlu bayram təbriki gözləyirdilər. Elə bilirdilər ki, Amerika prezidenti Azərbaycan xalqının Novruz Bayramını təbrik etmək əvəzinə öz torpaqlarını işğaldan azad etdiyinə görə Qarabağ münaqişəsinə eyham vuracaq. Eyni zamanda ermənilərə güzəştə getməyi Azərbaycan prezidentindən xahiş edəcək. Bayden isə digər Amerika prezidentləri kimi, erməni yalanlarına inanmadığını göstərdi. Bu məktubla o, ermənilərin Türkiyəyə qarşı olan iddialarına da diqqət yetirməyəcəyini işarə verdi. Bildirdi ki, hər il olduğu kimi, bu il də erməni xülyası puç olacaq.”

Ə. İbrahimovun fikrincə, rəsmi Bakı ABŞ-ın diqqət mərkəzindədir:

“Co Baydenin Dağlıq Qarabağ münaqişəsinə üstüörtülü toxunması isə ondan xəbər verir ki, Amerikanın indiki rəhbərliyi hazırkı durumu dəstəkləyir. O, ermənilərin Qarabağda Azərbaycan vətəndaşlığı altında yaşamalarının tərəfdarıdır.

Təbrik məktubu Baydenin yaxın gələcəkdə regionla bağlı siyasətinin həyata keçirilməsində Azərbaycana söykənəcəyindən xəbər verir.

Deməli, nə Gürcüstan, nə Rusiya, nə də Ermənistan Amerikanın bugünkü Cənubi Qafqaz siyasətində Azərbaycan qədər ciddi əhəmiyyət kəsb etmir. Bu, Azərbaycan diplomatiyasının qələbəsi, İlham Əliyevin xarici siyasətinin təntənəsidir.

Böyük fəxrlə demək olar ki, əsgərlərimizin döyüş cəbhəsində qazandığı uğurları diplomatlarımız dəqiq addımları ilə daha da möhkəmləndirirlər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024