Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-03-2021, 12:39)
“Qarabağla bağlı hər kəsi razı salmalı idik” - Şoyqu


“Qarabağla bağlı hər kəsi razı salmalı idik”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qarabağda Türkiyə ilə qarşılıqlı əlaqəni “çox çətin bir əməliyyat” adlandırıb.

Mediatv.az xəbər verir ki, Şoyqu bu barədə Qazaxıstanın “Tengrinews.kz” nəşrinə verdiyi müsahibədə bildirib. O, bu prosesdə çoxsaylı arqumentlər, ünsürlər və motivlərin nəzərdən keçirildiyini qeyd edib.

Şoyqu hazırda Qarabağda atəşkəs rejimini izləmək üçün Azərbaycan ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulduğunu xatırladaraq mərkəzin yaradılmasını son döyüşlərdən sonra atəşkəsin nəticələrindən biri olaraq dəyərləndirib.


O qeyd edib ki, Rusiya Prezidenti bütün bu razılaşmaların təmin olunması üçün böyük səylər göstərib:

“Üstəlik, hər kəsi razı salmalı idik. Yəni, “mən razıyam, sadəcə onları inandır” deyən kimsə yox idi. Xeyr, hər kəsi inandırmalı idik. Biz də öz səviyyəmizdə həmkarlarımızla danışmışıq. Lakin bu gün görülən iş birincisi, insanların bir-birini öldürməsinin dayandırmasıdır”.

Nazir ümid edir ki, artıq Azərbaycanla Ermənistanın ikitərəfli təmaslara keçməsi və bir-biri ilə danışmasının vaxtıdır.

“Burada, əlbəttə ki, çox şey Rusiyanın Türkiyə ilə olan münasibətlərindən asılıdır. Yeni oyunçular görünür, köhnə qonşular da meydana çıxır. Ancaq onlar öz təklifləri ilə meydana çıxırlar, İranı nəzərdə tuturam. Bu, inkişaf etmiş infrastrukturlar, dəmir yolları, hidroenergetika və nəqliyyat əlaqələridir. Bir çox məsələ var”,- deyə Şoyqu qeyd edib.

Şoyqu Rusiya hökumətinin nümayəndəsi olaraq 30 ilə yaxındır postsovet məkanındakı münaqişələrin həllində iştirak etdiyini vurğulayıb. Bununla birlikdə, bütün bu dövlətlərin sülh içində yaşayacağına inamını əsla itirmədiyini bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024