"Mediatv.az" xəbər verir ki, “Caliber.Az”a açıqlamasında Hikmət Hacıyev Ağdamda olarkən qarışıq hislər keçirdiyini bildirib.“Bir tərəfdən, bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.

Ancaq əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və bölgə yenidən gözəl görkəmini geri qaytaracaq”, - deyə H.Hacıyev bildirib.