Siyasət (12-03-2021, 18:26)
Türkiyə-Misir münasibətləri “isinir”? - “Təmaslar nəticə verəcək”

Ərdoğan qeyd edib ki, Misir xalqı türk millətinin yanında olmalıdır, yunanların yox.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Misirlə diplomatik təmasların başladığını vurğulayıb.
Politoloq Sədrəddin Soltan “Mediatv.az”a açıqlamasına tərəflər arasında ziddiyətlərin səbəblərini sadalayıb:
“Türkiyə Ərəb inqilabı dövründə Məhəmməd Muhsini və “Müsəlman qardaşları” hərəkatını dəstəklədi. Onun hakimiyyətdən getməsini isə konstitusiyaya zidd addım kimi qiymətləndirdi və general Sisi hakimiyyətini legitim hesab etmədi. Bu da tərəflər arasındakı münasibətlərə təsir göstərdi. Halbuki o vaxtadək münasibətlər yaxşı idi”.
Politoloq, həmçinin Yunanıstan faktoruna da toxundu:
“Türkiyənin Aralıq dənizinin özünə aid olan hissəsində Liviya ilə birlikdə karbohidrogen axtarışları aparması, kəşfiyyat işləri görməsi Yunanıstanın və Misirin xoşuna gəlmir.
Səbəb kimi isə həmin ərazinin Kiprə yaxın olduğunu göstərirlər. Yəni hazırda hər ikisi qardaş ölkəyə qarşıdır. Amma Misirlə diplomatik münasibətlərin olmaması iqtisadi-ticarət əlaqələrinin saxlanılmaması kimi başa düşülməməlidir.
Düzdür, hər iki tərəf özünü indiyədək bir şey olmamış kimi apara bilməz. Fəqət, davamlı təmasların nəticə verəcəyinə inanıram. Fikrimcə, Türkiyə və Misir daha güclü müttəfiqlər kimi münasibətlərini davam etdirəcəklər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
11 09 2025
11 09 2025