Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-03-2021, 17:30)
“Qoymayın, Azərbaycan ordusu martda Zəngəzuru alacaq!” - Erməniləri lərzəyə gətirən xof

“Qoymayın, Azərbaycan ordusu martda Zəngəzuru alacaq!”
Bir müddət əvvəl Azərbaycan ordusunun Dağlıq-meşə və çətin relyefli ərazilərdə əməliyyat-taktiki təlimlər keçirəcəyi bildirilirdi. Martın 15-dən 18-ə qədər davam edəcəyi planlaşdırılan hərbi təlimlərə 10 000 nəfərədək şəxsi heyətin, 100-dək tank və digər zirehli texnikanın, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusunun, reaktiv yaylım atəş sistemi və minaatanların, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunacağı rəsmən bəyan olunub.

"Mediatv.az" xəbər verir ki, Ordumuzun hazırlaşıdığı təlimlər Ermənistanda ciddi təşviş yaradıb.

Bir çox erməni ekspertləri və rəsmiləri təlimlərin Azərbaycan ordusunun Zəngəzuru işğaldan azad edilməsi ilə nəticələnəcəyindən ehtiyatlanırlar. Ermənilərin bu xofu Amerika Erməni Milli Komitəsinin (ANCA) bu gün ölkə prezidenti Cozef Baydenə və Dövlət Departamentinin sədri Antoni Blinkenə ünvanladığı müraciətdə də öz əksini tapıb. Twitter vasitəsilə göndərilən müraciətdə Azərbaycan və Türkiyə növbəti hücumu barədə məlumat verilir və növbəti hədəfin guya Ermənistanın Syunik (Zəngəzur) rayonu olacağı vurğulanır.

Maraqlıdır ki, ermənilər təkcə şüvənlik salmaqla da qalmayıb, onlar da öz ördusunu hərbi təlimlərə hazırlayırlar. Ermənistan Silahlı Qüvvələrinin bu gün açıqladığı 2021-ci ilin birinci yarısında hazırlıq planına əsasən, martın 16-dan 20-dək “bütün əməliyyat istiqamətlərində” Ümumqoşun bölmələrinin, xüsusi təyinatlıların iştirakı ilə xüsusi taktiki təlimlər keçiriləcək. Yəni eynilə bizim 15 martda keçirəcəyimiz təlimlərlə eyni mahiyyətdə və cəmi bir gün sonra.

Təlimlərin keçirilməsinin məqsədini isə İrəvan bu cür əsaslandırıb: “İlk növbədə, qoşunların döyüş hazırlığını, əməliyyat halqasının idarə olunması imkanlarını və yaranmış vəziyyətdə operativ fəaliyyət göstərmək qabiliyyətini yoxlamaq”.

Məlumata görə, erməni hərbi təlimlərində 7500-ə yaxın əsgər, 200-ə yaxın artilleriya, 150 tank əleyhinə silah, 100 ədəd zirehli texnika, 90-dan çox hava hücumundan müdafiə vasitəsi iştirak edəcək. “Qoşunların taktiki hərəkətlərini təmin etmək üçün təlimdə şok aviasiyası da istifadə olunacaq”, - Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin açıqlamasında belə deyilib.

Erməni jurnalistləri bu qorxularını Rusiyanın da diqqətinə çatdırıblar. Bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya yönəltdikləri suala aldıqları cavab isə qətiyyən ürəklərindən olmayıb. Xanım diplomat bildirib ki, Azərbaycanda keçiriləcək hərbi təlimlər planlı xarakter daşıyır və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmır.

"Əldə etdiyimiz məlumatlara görə, sözügedən təlimlər, qeyd etdiyim kimi, qoşunların döyüş hazırlığını yaxşılaşdırmağa yönəlmiş və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmayan planlı bir xarakter daşıyır", - Zaxarova belə deyib.

Onun fikrincə, hərbi təlimlər ümumiyyətlə Cənubi Qafqazın bütün dövlətlərində və müntəzəm olaraq keçirilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024