Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-03-2021, 17:08)
“Rusdilli məktəblər və ya gələcəyimizə basdırılan minalar” - Təhlükə!

 Tanınmış tənqidçi İradə Musayeva tanınmış ədəbiyyatşünas, professor Vaqif Sultanlının ölkəmizdəki rus məktəblərinin fəaliyyəti barədə fikirlərini paylaşıb. Mətni olduğu kimi təqdim edirik:
“Azərbaycandakı rus məktəbləri Qarabağa doluşmuş Rusiya “sülhməramlıları”ndan daha təhlükəlidir. Həndəsi silsilə ilə çoxalan bu məktəblər millətin gələcəyinə basdırılmış minalardır”.

Ölkəmizdə rus dilinə maraq hər zaman fikir ayrılığına səbəb olub. Cəmiyyətimizdə rus dili sevdasını bu dildə təhsil alanların fərqli və geniş dünyagörüşə sahiblənməsi ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, bəzi valideynlər özləri rus dilində bilməsələr də, övladlarını bu dildə təhsilə cəlb edirlər. Bir növ övladlarının daha savadlı və universal olacaqlarını düşünürlər.

Maraqlıdır, rus dilinə olan maraq cəmiyyətimizi hansı təhlükəli tendensiya ilə üz-üzə qoyur?

Mövcud durumla bağlı “Mediatv.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı da bildirib ki, hər zaman rus dilinin ölkəmizdə geniş təbliğinə sərt münasibət bildirdiyi üçün fərqli təpkilərlə qarşılaşıb:

“Əhalinin müəyyən təbəqəsi, xüsusilə də rusdilli şəxslər bunu belə yozurlar ki, guya rus dilini öyrənməyin əleyhinəyik. Lakin heç də belə deyil, çox dil bilməyin ziyanı yoxdur. Rus dilinin böyük ədəbiyyatı və geniş imkanları var. Amma o demək deyil ki, uşaqlarımızı bu dildə oxutmalıyıq. Uşaq anadan olandan sonra öz doğma dilində öyrənməsə, o, yarımçıq olur. Vaxtilə Cəlil Məmmədquluzadə də rus dilində bilib, Üzeyir Hacıbəyli Qori Seminariyasında rus dilində təhsil alıb. Amma o zaman vəziyyət tamamilə fərqli idi. Mirzə Cəlil rus dilini öyrənərkən Azərbaycan mühitindən kənara çıxmamışdı. Lakin vətəndaşlarımız indi öz evlərində rus dilli mühit yaradırlar. Məmurlarımızın övladları və yaxud nəvələrinin dayəsi Azərbaycan dilində danışmır. Bu dövlətimizə böyük hörmətsizlikdir. Məmur öz dilini sevmir, övladını doğma dilimizdə olan məktəbə qoymur, dilimizə yuxarıdan aşağı baxır. SSRİ dağılandan sonra o respublikaların hamısında rus məktəbləri ləğv olunub. Ukrayna, Ermənistan və Gürcüstanda belə məktəblər yoxdur. Ölkəmizdə olan ruslar üçün təbii ki, bu dildə məktəblər açıla bilər. Amma hansı sinfə gedirsənsə, orada 30 nəfər uşaqdan 27-28 nəfəri azərbaycanlıdır, yerdə qalanları qeyri-millətdir. Lakin təhsil rusdillidir. Özü də buna haqq qazandırırlar. Çox qəribə bir tendensiya var. SSRİ-dən qopduq ki, dilimiz, iqtisadiyyatımız, məktəbimiz azad olsun”.

S.Rüstəmxanlı vurğulayıb ki, ildən ilə rusdilli məktəbləri artırıb, bununla fəxr edirlər:

“Həqiqətən də rusdilli məktəblər millətin gələcəyinə basdırılmış minalardır. Çünki rus dilində tərbiyə alan adamlar özlərini Rusiyanın bir parçası hesab edirlər. Onlar rus ədəbiyyatı, tarixi və mədəniyyətini Azərbaycandan daha yaxşı öyrənirlər. Rus dilini geniş təbliğ etməkdə iki məqsəd var: Ya valideynlər övladlarına bu dildə təhsil verirlər ki, onları Moskva üçün hazırlasınlar, çünki çıxıb ora gedəcəklər. Ya da Moskvanı bura qaytarmağı planlaşdırırlar. Rus dilinin kəskin təbliğinə anormal hal kimi baxıram. Dövlət məmurlarının isə övladlarını ana dildə oxutmaması cinayətdir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024