Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-03-2021, 13:03)
Deputatdan Qərargaha etiraz: Karantin sərtləşsə...

 Operativ Qərargahı və TƏBİB-i karantin tətbiqindən imtina etməyə dəvət edirəm. Yenə qapanma olsa, sosial vəziyyət indikindən də ikiqat ağır olacaq, sosial narazılıq isə daha da artacaq.
Mediatv.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev qeyd edib.
Vətəndaşlardan iş yerlərinin qapanması narahatlığı ilə bağlı çoxsaylı müraciətlər daxil olduğunu bildirən millət vəkili karantin əvəzinə xəstələrin müalicəsini düzgün təşkil etmək lazım olduğu bildirib:
“Ən vacib olan və axsayan məsələ zamanında testin götürülməsi və cavabın təmin edilməsidir. Bu sahədə ciddi işlərə, mobilliyə, çevikliyə ehtiyac var. Bundan başqa, ərazilər üzrə mobil qruplar yaradılsın və xəstələrə lazım olan bütün dərmanlar pulsuz çatdırılsın”.
Millət vəkili avtobuslarda yaşanan sərnişin sıxlığının da yoluxma sayında ciddi rol oynadığını bildirib:
“Marşrut avtobuslarında üst-üstə gedən sərnişinlərin olması da yoluxma sayını artırır. Çoxu nəfəs ala bilmir, ürəyi darıxır və maskasını çıxarır. Bu zülmü insanlara verməyin. Karantin rejiminin sərtləşməsinə qətiyyətlə etirazımı bildirirəm. Verəcəksinizsə, xalqın içinə çıxıb orada verin, bahalı kostyum geyinib, brend qalstuk taxıb bəzəkli-düzəkli televizor ekranlarında yox”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024