Siyasət (10-03-2021, 15:30)
RUSİYADA HAZIRKİ SİSTEM ÇÖKƏNDƏN SONRA NƏ BAŞ VERƏCƏK?
Uinston Çörçil Rusiya barəsində deyirdi: “Rusiya sirr pərdəsinə bükülmüş müəmmadır”. Ancaq o, düz söyləməyib. Rusiya nə müəmmadır, nə də sirr.
Ruslar öz ölkələrinin nailiyyətlərini yüksəyə qaldırmaq, onu şöhrətləndirmək və həmçinin də çoxsaylı tarixi fəlakətlərinin və cinayətlərinin səviyyəsini minimuma etdirmək üçün xeyli sayda hadisələr uydururlar.
Digər ölkələrə nisbətən Rusiyanı anlamaq bir qədər çətindir. Lakin həqiqətin aşkarlanması üçün faktları əfsanələrdən ayırmaq lazımıdr. Məsələn, britaniyalı politoloq Mark Qaleotti özünün “Rusiyanın qısa tarixi” (A Short History of Russia) adlı informasiyalı, cəlbedici və maraqlı kitabında 1000 illik həyəcanlı və narahat tarixi qısa şərh edib. O, iki əsas hadisənin nəqlindən başlayır. Həmin hadisələrin hər biri faktlar və əfsanələrin qarışığından ibarətdir.
IX əsrdə əfsanəvi vikinq-avantürist Ryurik Kiyev Rusu adlı dövlətin əsasını qoyub. Bu dövlətin ərazisi Rusiyanın şimalındakı Novqoroddan başlayaraq, cənubdakı Kiyevə qədər uzanırdı. Rus dövləti həmişə dağılma və mövcudluq həddi arasında tarazlığını saxlamağa çalışıb, çünki daxili çəkişmələr ölkənin yadellilər tərəfindən qarət edilməsinin qarşısını almağa imkan vermirdi. Ona görə də, rusiyalıların əksəriyyəti indiyədək hesab edir ki, dövlətin dayanıqlığını və vahidliyini yalnız güclü rəhbər qoruya bilər.
İkinci müəyyənedici hadisə isə Ryurikin nəvəsi Vladimirin xristian dininin pravoslavlıq inancını xalqa məcburən qəbul etdirməsidir. Həmin dövrdə pravoslavlıq Bizans İmperiyasında əsas cərəyan idi. Ümumi nəticədə Rus dövlətiylə pravoslav olmayan Qərb arasında əbədi ayrılma baş verdi.
Rusların bir qismi belə hesab edir ki, onların eretik (kafir) katolik qonşularının əsil niyyəti pravoslavlığın özülünü dağıtmaq və Rusiyanı işğal etməkdən ibarətdir. Prezident Putinlə onun müttəfiqi patriarx Kiril də əhalinin bu fikrlərini bölüşürlər və həmçinin də yeri gələndə bundan istifadə edirlər.
Kiyev Rus dövləti 13-cü əsrdə monqollar tərəfindən dağıdılıb. Bundan sonra Moskva onun yerini tutdu, ancaq Ryurikin nəslindən olanlar hökmdarlıqlarını yenə də sürdürdülər.
Avropalıların fikrinə görə, rusların “barbarlığının” izahı “monqol əsarətinə” bağlıdır. Lakin bunun əksini düşünən bir çox rusiyalı hesab edir ki, onların Avropa intibahından ayrı düşmələrinin və inkişafdan geri qalmalarının başlıca səbəbi monqol istilası ilə əlaqədardır. Qaleotti isə irəli sürülən hər iki arqumentə çox skeptik yanaşır.
17-ci əsrdə polyakların işğalı və İvan Qroznunun qanlı rejiminin törətdikləri Rusiyanı məhvolma həddinə gətirib çıxarmışdı. Uzun sürən qarmaqarışıqlığın ardından hakimiyyət başına keçən Romanovlar sülaləsi təhlükəsiz sərhədlər axtarışına çıxmaqla ölkə ərazisini genişləndirməyə başladılar və bu da yeni imperiyanın meydana gəlməsi ilə nəticələndi.
Buna baxmayaraq, yadellilər ölkəyə soxulmaqda davam edirdilər, lakin xaricdən idxal olunmuş hərbi texnologiyalar sayəsində onların qarşısı alına bildi. Böyük Pyotrun Rusiya İmperiyası Avropada gedən böyük siyasətə müdaxilə etməyə girişdi. Amma dilemma mövcudluğunu saxlayırdı: ölkədəki sabitliyi pozmadan, onu hansı yollarla modernləşdirmək olardı? Çar II Aleksandr təhkimçi kəndililəri azadlığa buraxdı və cəmiyyətdə mühüm islahatlara cəhd göstərdi. Ancaq o, buna görə fanatik inqilabçılar tərəfinfən sui-qəsd nəticəsində öldürüldü.
20-ci əsr Rusiya tarixinin ən qanlı səhifəsi kimi yadda qalıb. Birinci Dünya Müharibəsi zamanı Rusiya 3 milyon insan itirdi. Həm vətəndaş müharibəsi zamanı və həm də ondan sonra ölkəni bürümüş dəhşətli aclıq nəticəsində 12 milyon insan öldü. Sonradan Stalinin qaba formada həyata keçirdiyi sənayeləşmə və aqrar inqilab zamanı terrordan istifadəyə əl atıldı. Müxtəlif dəyərləndirmələrə görə həmin dövrdə tüğyan etmiş aclıq, məcburi əmək, represiya və kütləvi güllələnmələr nəticəsində 6 milyon insan həlak olub (Bəzi mənbələr 20 milyon insanın öldüyünü bildirir).
İosif Stalini vəsf edənlər deyirlər ki, o, 1941-ci ildə Almaniya təcavüzünün qabağını aldı, Avropada çar imperiyasını bərpa etdi və ölkəni fövqəldövlətə çevirdi. Bunun nəticəsində İkinci Dünya Müharibəsində 27 milyon insan həlak olub. Yazıçı disidentlərdən biri demişkən: hər halda bu, rusiyalıların qürür hissi duyacaqları yeganə qələbədir.
Sovet diktaturasının qalıqları üzərində Putin tərəfindən qurulmuş korrupsiyalaşmış və yırtıcı sistem əvvəlki hakimiyyətlər kimi modernləşdirmə və sabitliyin qorunmasını özündə birləşdirə bilmədi. İndi bu sistem də öz sonluğuna yaxınlaşır.
Bəs hazırkı sistem çökəndən sonra nə baş verəcək?
Bu suala cavab vermək çox müşküldür. Əksər rusiyalı sabit və rahat həyat sürmək üçün hələ də Avropa ilə əməkdaşlıq etməyə və onun bir parçası olmağa can atır. Qaleotti deyir ki, ola bilər növbəti dəfə onlar uğur qaza bilsinlər.
Ümid edək ki, o, haqlı çıxacaq.
(“The Spectator”-Böyük Britaniya)

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024