Siyasət (9-03-2021, 16:20)
Bakıda partiyanın yerləşdiyi qərargahı yandırmağa CƏHD EDİLDİ - ŞOK OLAY
Azərbaycan Demokrat Partiyasının (ADP) Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 31 ünvanında yerləşən qərargahını yandırmağa cəhd edilib. Nəzərinizə çatdıraq ki, ADP sözügedən ünvanda 1992-ci ildən fəaliyyət göstərir. Həmçinin, həmin binada partiya ilə yanaşı, “Hürriyyət” qəzeti, Hurriyyet.az saytı və “Hürriyyət” internet telekanalı da yerləşir.
"Mediatv.az" xəbər verir ki, hadisə ötən həftənin şənbə günü, yəni martın 6-sı gecə saatlarında baş verib. Belə ki, binanın birinci mərtəbəsində plana düşməsi səbəbindən tərk edilmiş mənzilin içərisində naməlum şəxslər tərəfindən taxta qırıntılarına od vurulub. Nəticədə alov ikinci mərtəbədə yerləşən “Hürriyyət” qəzetinə məxsus otaqlardan birinin döşəməsini yandırıb. Xoşbəxtlikdən həmin vaxt ərazidən keçən qonşular alovu görərək, tez bir zamanda hadisənin ciddi faciəyə səbəb olmasının qarşısını alıblar.
Binanın öz-özünə, hər hansı texniki nasazlıq səbəbindən yanması mümkün deyil. Çünki buna aid heç bir əlamət, işartı yoxdur. Görünən odur ki, ADP-nin qərargahı qəsdən yandırmağa cəhd ediblər. Baş vermiş hadisə ilə bağlı qəti fikir bildirmək bir qədər çətin olsa da, bunun öncədən planlaşdırılmış hadisə olmadığını da demək mümkün deyil. Ona görə ki, bir müddət əvvəl də bunabənzər hadisə yaşanmışdı. Belə ki, həmin vaxt sözügedən binanın arxa tərəfindən yanğın baş vermiş, bir müddət sonra isə partiyanın qərargahının bir hissəsini sökməyə çalışmışdılar.
Bu arada, əminliklə deyə bilərik ki, alovun qarşısı cəmi 10-15 dəqiqə gec alınsaydı “Hürriyyət” qəzetinin və Azərbaycan Demokrat Partiyasının yerləşdiyi 1000 kvadratmetrlik sahəsi olan bina tamamilə yanıb külə dönə bilərdi. Bu səbəbdən də hesab edirik ki, yanğının törədilməsində ərazidə söküntü işləri aparan tikinti şirkətinin əməkdaşlarının əli var. Çünki yanğın baş verən mənzilin qonşuluğunda yerləşən sakinlər şirkətlə anlaşmaqdan imtina edərək, öz evlərindən köçmək istəmirlər. Bu səbəbdən güman olunur ki, baş verən yanğın həm də narazı sakinləri məcburiyyət qarşısında qoyub şirkətin təklifini qəbul etdirməyə, o cümlədən “Hürriyyət” qəzeti və Azərbaycan Demokrat Partiyasını fakt qarşısında qoymağa hesablanıb.
Sonda onu da bildirək ki, baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024