Siyasət (9-03-2021, 11:26)
Azərbaycanın tikinti sektoru Qarabağın hesabına böyüyəcək - “Global Data”

2018-2019-2020-ci illərdə müvafiq olaraq 8,8%, 6,1% və 15,2% kiçilmiş Azərbaycanın tikinti sektoru Qarabağda aparılan bərpa və yenidənqurma işləri hesabına 2021-ci ildə 9,1%, 2022-2025-ci illərdə isə hər il 4,4% böyüyəcək.
"Mediatv.az" xəbər verir ki, bu proqnozla Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Global Data” konsaltinq şirkəti çıxış edib.
Şirkət son 3 ildəki geriləməni əsasən neft qiymətlərinin azalması, koronavirus pandemiyası ilə izah edib.
"Azərbaycan hökuməti bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə 2 661 km yolun təmir ediləcəyini və yaxud yenidən qurulacağını açıqlayıb", - deyə şirkətin açıqlamasında qeyd olunub.
"Azərbaycan hökuməti ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunu artırmağı, bu investisiyaların ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisini 2,6%-dən 4%-ə çatdırmaq və bununla da qeyri-neft sektorunu gücləndirməyi planlaşdırır", - deyə "Global Data"nın iqtisadçısı Deni Riçards bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
11 09 2025
11 09 2025