Siyasət (4-03-2021, 14:04)
Nazirin Quterreşə məktubu BMT sənədi kimi yayılıb

Mediatv.az xəbər verir ki, məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunur. Bildirilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.
Məktubda vurğulanır ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır. Nazir Ceyhun Bayramov BMT Baş katibinin diqqətinə çatdırır ki, Ermənistan minalanmış ərazilər ilə bağlı dəqiq məlumat verməkdən imtina etməklə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini ciddi şəkildə pozur. Burada, həmçinin vurğulanır ki, Ermənistan tərəfindən basdırılmış minaların insan həyatına son qoyması müharibə cinayətidir.
BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar:
https://undocs.org/a/75/778

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025