Siyasət (1-03-2021, 13:07)
"Terrorçular İran sərhədlərinə yaxınlaşarsa..." - İranda Qarabağ konfransı

"Mediatv.az" xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.
Bildirilib ki, konfransın təşkilatçısı İran Elmi Hövzləri İdarəetmə Mərkəzidir.
Konfrans mərkəzin Dar-ül-vilaye binasının Emin salonunda keçirilir. Sosial məsafə və sanitar-gigenik qaydalarına əməl olunmaqla keçirilən tədbirdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin 2020-ci il noyabrın 3-də Dağlıq Qarabağla bağlı çıxışı müzakirə olunacaq. Tədbirdə İranın tanınmış müctəhidlərinin ismarışları oxunacaq.
İran, Azərbaycan və Qafqazdan olan islam alimləri və akademikləri konfransda “Azərbaycan torpaqları xilas edilməli”, “Qarabağ torpaqlarındakı ermənilərin təhlükəsizliyi qorunmalı”, “İki tərəf beynəlxalq sərhədləri pozmamalı”, “Terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab verəcəyik” və başqa bu kimi mövzularda çıxışlar olacağı gözlənilir.
Tədbirə mərkəzin baş katibi Alirıza Arafi, ayətullah Seyid Əli Xaməeninin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, İran Məsləhət Şurasının katibi Möhsün Rizai, İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçi də qatılıblar.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025