Siyasət (1-03-2021, 11:42)
Gədəbəydə NƏ BAŞ VERİR? - QALMAQAL
“Mediatv.az” saytının bölgə müxbiri Zaur Qəmbərov yaşadığı Gədəbəy rayonunda Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin müdir müavini və sürücüsünə qarşı xuliqanlıq ittihamıyla 3 il 6 ay azadlıqdan məhrum edilib. Amma özü də, ailə üzvləri də deyir ki, xuliqanlıq ittihamı saxtadır, həbsin əsl səbəbi rayonda baş verən qanunsuzluqlarla bağlı faktları işıqlandırmasıdır.
30 yaşlı Zaur Qəmbərov Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə təqsirləndirilir. İddia olunur ki, o, Dövlət Sosial Mudafiə Fondunun Gədəbəy rayon şöbəsində müdir müavini İbrahim Ələsgərova stul atıb. Amma həmin vaxt otağa daxil olan sürücü İsfəndiyar Qələndərov mane olub, stul ona dəyməyib. Zaur Qəmbərov hirsindən otaqda olan başqa bir stulu sındırıb. Ona mane olmaq istəyən sürücünü də döyüb, təhqir edib.
Zaur Qəmbərovun qardaşı Elməddin Qəmbərov Meydan TV-yə bildirib ki, bu ittiham əsassızdır. Onun sözlərinə görə, Zaurun şöbənin binasında iki nəfəri döyməsi, təhqir etməsi, müdir və digər işçilərin də buna sakit yanaşması heç bir halda inandırıcı deyil. Məhkəmənin sifarişlə qardaşı haqqında hökm çıxardığını vurğulayan Elməddin Qəmbərov deyir ki, əslində, Zaurun özünü döyüblər, telefonunu sındırıblar. Baş verənləri binadakı müşahidə kameraları da çəkib, amma o görüntüləri ortaya çıxarmırlar:
“Məhkəmə doğrudan da ədalətli olsaydı, o kamera görüntülərini tələb edərdi. Ən obyektiv sübut odur. Məhkəmədə şahid kimi dindirilənlər Sosial Müdafiə Şöbəsinin işçiləridir. Onlara nə tapşırılıbsa, gəlib elə də ifadə veriblər. Bunun nəyi məhkəmə oldu?”
Qardaşı deyir ki, Zaur Qəmbərov ona hadisənin necə baş verdiyini danışıb. O, Gədəbəy sakinlərindən birinin uşağına pensiya təyin edilməsilə bağlı şikayətini araşdırmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə gedib. Orada qurumun Almaz adlı əməkdaşıyla bu haqda danışıb, qarşı tərəfin cavabını öyrənib və getmək istəyəndə dəhlizdə şöbənin müdir müavini onu görüb, öz otağına çağırıb. İki gün əvvəl yaşadığı Arıqıran kəndində yardım paylandıqdan sonra boş qutuların əraziyə dağıdılması haqda paylaşdığı video barədə danışıblar:
“Həmin vaxt otağa daxil olan sürücü İsfəndiyar Qələndərov ona qarşı kobudluq edib, şəxsiyyətini, peşəsini təhqir edib. Zaur çıxıb getmək istəyəndə dəhlizdə İsgəndiyar düz kameraların altında onu vurub, döyüb. Zaur telefonuyla bunu çəkəndə müdir Elsun Xudaverdiyev gəlib, telefonu əlindən alıb, yerə çırpıb. Əyilib telefonunu götürmək istəyəndə müdir telefonu ayağı ylə tapdalayıb. Həmin vaxt Zaur telefonunu götürməyə çalışdığına görə təpiklər Zaurun da əlinə dəyib, iki barmağından xəsarət alıb. Elsun Xudaverdiyev qapıları bağlatdırıb, o vəziyyətdə də Zauru çıxıb getməyə qoymayıb. Sonradan Zaur şöbədə izahat yazanda da deyib ki, baş verənləri dəhlizdəki kameralar çəkib, o görüntülərə baxılsın”.
Zaur Qəmbərov istintaq dövründə, həmçinin əvvəlki məhkəmə iclasları keçirilən dövrdə həbsdə olmayıb. Onun haqqında oktyabrın 15-də keçirilən məhkəmədə həbs qərarı verilib. Oktyabrın 29-da isə hökm çıxarılıb: “Müharibə başlayandan sonra baş qarışıq oldu, ictimaiyyətin diqqəti müharibəyə yönəlmişdi. Bundan istifadə edib, sifarişi icra elədilər. Adamı söyüb-döyməkləri bəs deyil, hələ stulu silah kimi qələmə verib, həbs elətdirdilər. Stul nə vaxtdan silah olub?”
Cinayət işinin materiallarında ekspert rəyi var. Orada yazılıb ki, stulun dəmir materialı cod olduğu üçün əl-barmaq izini götürmək mümkün olmayıb: “Əgər o stulun üstündə Zaurun əl izləri olsaydı, ekspertiza rəy verərdi. Onun əli o stula dəyməyib. Ona görə ekspertizadan rəy alıblar ki, izləri götürmək mümkün olmadı”.
Zaur Qəmbərov özü də həbsdən mediaya müraciətində vurğulayıb ki, Gədəbəydəki məmur özbaşınalığı, korrupsiya haqda hazırladığı materiallara görə sifarişlə həbs olunub. Onun sözlərinə görə, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının bibisi oğlu haqda material isə həlledici olub: “Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi rəsmiləşdirilsə də, özü işə gəlmirdi. Bu haqda hazırladığı material isə həm icra başçısını, həm də əmək və əhalinin sosial müdafiəsi nazirini qəzəbləndirib”.
Gədəbəy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Zaur Qəmbərovun həbsinin, onun haqqında çıxarılan məhkəmə hökmünün icra hakimiyyətinə, icra başçısına aidiyyəti yoxdur.
Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev bildirib ki, Zaur Qəmbərovu 2018-ci ildən tanıyır, onunla ədavəti olmayıb. Zaur Qənbərovun bir neçə dəfə onun iş yerinə gəldiyini deyən şöbə müdirinin sözlərinə görə, o, özünə aidiyyəti olmayan adamların pensiyası, digər sosial məsələləri ilə maraqlanıb. Hadisəyə gəlincə, o, iddia edib ki, həmin gün iş otağında kameradan dəhlizdə bir neçə nəfərin olduğunu görüb, söyüş söyüldüyünü eşidib və çıxıb.
Xudaverdiyev onu da etiraf edib ki, qapının bağlanmasına göstəriş verib, Zaurun getməsinə imkan verməyib: “Polis şöbəsinin rəis müavini Bəhmən müəllimə zəng elədim. Polis əməkdaşları gələnə qədər Zaurun çıxıb getməməsi üçün qapının bağlanmasına göstəriş verdim”.
Zaur Qəmbərov haqqında hökmdən apelyasiya şikayəti verilib. Şikayətə hazırda Gəncə Apelyasiya Məhkəməsində Çingiz Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024