Siyasət (27-02-2021, 10:46)
Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...
Dünən Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünyanın bir çox yerində anım tədbirləri keçirilib, faciə qurbanlarının xatirəsi yad edilib.
"Mediatv.az" xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən isə Xocalı soyqırımı qurbanlarına qarşı hörmətsizlik edilib.
Belə ki, Ukraynadakı Azərbaycan səfirliyinin binasının qarşısına Xocalı soyqırımı ilə bağlı ötən ilə aid tanıtım lövhəsi vurulub.
Xocalı həqiqətlərini dünyaya çatdırılması məqsədilə xarici ölkələrdəki Azərbaycan səfirlikləri daha sanballı təbliğat işlərinə - tədbirlər, aksiyalar, yürüşlər keçirmək, filmlər nümayiş etdirmək və s. imza atmağa çalışarkən Ukraynadakı səfirliyimiz tərəfindən sadə bir poster hazırlatdırmağa belə, cəhd göstərilməyib. Heç olmazsa, köhnə posterdəki bir rəqəmi dəyişdirərək, tarixi 2021-ci il qeyd etməyiblər.
Maraqlıdır, Ukraynadakı Azərbaycan səfirliyinin Xocalı qurbanlarına qarşı bu sayqısızlığı nədən qaynaqlanır? Olmaya, səfirlik rəsmiləri ciddi maliyyə sıxıntısı yaşadığından 26 fevralı köhnə posterlə “yola verməyə” çalışıblar?! Və ya hələ də Xocalıda baş verənlərin fərqinə varmadıqları, anım gününün qeyd olunmasının mahiyyətini anlamadıqları üçün köhnə posterə layiq görüblər?! Bəlkə də Ukraynadakı səfirliyimiz hələ 2020-ci ildədir?!
Təbii ki, bu sualların cavabı olmayacaq, səfirlik nümayəndələri bu bağışlanmaz əməllərinə də hansısa formada “don geyindirəcəklər”. Ancaq bizi bir sual daima düşündürəcək, Azərbaycanın öz səfirliyi Xocalı soyqırımının qurbanlarına belə “hörmət” qoyursa, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün hansı işləri görə bilər?
Ümid edirik ki, Xocalı faciəsinin qurbanlarını 2020-ci ildə hazırlanmış tanıtım lövhəsi ilə “yad edən” səfirlik rəsmiləri çox gec bu hörmətsizliyi aradan qaldıracaqlar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024