Siyasət (27-02-2021, 10:12)
İsmayıllı icra hakimiyyəti nə işə yarayır? - GİLEY
“Evimiz yanandan sonra başımıza çox işlər gəldi. Qapılarda qaldıq, soyuq, şəraitsiz yerlərə sığındıq. İki azyaşlı nəvəm elə şəraitsizlikdən, soyuqdan öldü… Xəstəlik tapdılar, müalicə etdirməyə pulumuz olmadı. Oğlum orda-burda fəhləlik edib qəpik-quruş qazanırdı, qazancı uşaqların müalicəsinə çatmırdı. Qonşulardan borc alıb Bakıya xəstəxanalara aparıb-gətirirdik. Müalicələrinə pul tapmadıq, əvvəl biri, sonra o biri əlimizdən getdi… Kişik qızın 1, böyük qızın 4 yaşı vardı…”
"Mediatv.az" bildirir ki, bunu İsmayıllının Güyüm kənd sakini Nəzakət İbadova deyir. İbadovların Güyümdəki evi 6 il əvvəl tamamilə yanıb. O gün – bu gün ailə gah qohum evinə sığınıb, gah vaqona, gah kirayələrə… Nəzakət xanım deyir, ötən 6 il ərzində rəsmi qurumlara bütün müraciətləri cavabsız qalıb.
“İsmayıllının dövlət qurumlarından tutmuş Bakıya qədər hər yerə yazmışam. Yazmışam ki, uşağın biri soyuqdan xəstəlik tapıb öldü, heç olmasa bundan nəticə çıxarın, insafa gəlin, bizə kömək edin… Daşdan səs çıxdı, məktub yazdığım yerlərdən səs çıxmadı. Bir az keçdi, ikinci uşaq da soyuqdan xəstəlik tapıb öldü, yenə yazdım. Yazdım ki, ikinci nəvəm də öldü, ay məmurlar, hərəkətə gəlin. Yenə daşdan səs çıxdı, məktub göndərdiyim qurumlardan yox. İndi bir nəvəm qalıb, o da yarımcan. Gözləyirlər ki, o da ölsün, üçüncü məktubu yazım”, – Nəzakət İbadova deyir.
Ana ağlayır, deyir, həm yaralanıb gəlmiş oğlunun müalicəsi, həm ailənin dolanışığı, həm də yanğından sonra özgə qapılarda yaşadıqlarına ürəyi tab gətirmir: “İndi ailədə 4 nəfərik, gözümün ağı-qarası olan, balalarının faciəsiylə yaşayan oğlum, gəlinim, bir nəvəm və mən… Oğlum sentyabrda İkinci Qarabağ Müharibəsinə aparıldı, ayaqlarından yaralandı, Papanindəki hospitalda yatdı, sonra evə buraxıldı. Nə sığortası ödənildi, nə bir yardım olundu. İndi də əmək fəaliyyəti ilə məşğul ola bilmir. İkimərtəbəli evin zirzəmisində aylıq 100 manat ödəməklə kirayədə qalırıq. Uşaq müharibədə olanda evin pulunu ödəyə bilmirdik, ev sahibi bizi çıxarmaq istəyirdi, oğlum xəbər tutdu, ordan zəng vurdu, ev sahibiylə danışdı ki, mən müharibədəyəm, köməksiz yaşlı qadını, gənc gəlini, körpə uşağı necə çölə atmaq olar? Heç indi də işıqpulunu, qazpulunu ödəyə bilmirəm, kirayəni hissə-hissə ödəyirəm. Yarımcan vəziyyətdə olan oğlumun da, ailəsinin də yükünü 240 manat maaşla təkbaşına çəkirəm. Həm ev kirayəsi, həm ailənin qayğıları, həm evimiz yanandan sonra yaşadığımız travmalar… Müharibədən əvvəl oğlum orda-burda günəmuzd fəhləlik edib, evə 3-5 manat gətirirdi, heç olmasa ac qalmırdıq, o da yaralanıb gəldi, yük düşdü tək mənim çiynimə. Gəlinim də, nəvəm də soyuqdan xəstəlik tapıb, göndərmişəm anasıgilə, baxmağa gücüm çatmır. Yaşlı, xəstə adamam, mənə bütün bu yük çox ağır gəlir”.
Nəzakət xanımın istədiyi odur ki, yanmış evinin yerində yenisi tikilsin, onsuz da çox faciələr yaşamış ailənin bir ocağı olsun. O, buna görə müxtəlif qurumlara, Birinci vitse-prezident Mehriban Əliyevaya yazıb. Yazdığı məktublar İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərilib ki, araşdırılıb tədbir görülsün, qurumdansa səs-səmir yoxdur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024