Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-02-2021, 18:00)
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verməklə nələrə nail olacaq? - AÇIQLAMA

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verməklə nələrə nail olacaq?
"Qəbul olunacaq istənilən sənəd hüquqi üstünlük qazandırmaqla yanaşı, siyasi təsir qüvvəsinə də malik olacaq”.

Bunu "Mediatv.az"-a açıqlamasında rəsmi Bakının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə etdiyi müraciətlə bağlı düşüncələrini bölüşərkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib:

"Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətinin nəticələri göz önündədir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycanın bu istiqamətdə həqiqətləri dünyaya çatdırmaq imkanları əhəmiyyətli dərəcədə genişlənib. Xarici nümayəndələr yerində erməni vəhşiliyinin izlərilə tanış olurlar. Azərbaycan Prezidenti də qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin izləri saxlanılmalıdır. Məqsəd də odur ki, erməni faşizminin mahiyət və xislətini dünyaya real dəlil və sübutlarla çatdıra bilək. Azərbaycan həm də Ermənistana qarşı təzminat məsələsini qaldıracaq. Xarici ekspertlərin iştirakı ilə bu istiqamətdə hesablamalar aparılır”.

Deputat qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər bir neçə istiqamətdə əhəmiyyətlidir:

"Hüquq pozuntuları barədə kifayət qədər ciddi faktlar mövcuddur. Ona görə də həmin faktları sübuta yetirmək ölkəmiz üçün çətin olmayacaq. Bu həmçinin, ölkəmizin informasiya müstəvisində təsirli mübarizə silahına çevriləcək. Bundan sonra Azərbaycan dünya ictimaiyyətini reallıqlarla daha əsaslı şəkildə tanış edə biləcək.

Həmsöhbətimiz düşünür ki, müvafiq istiqamətdə dövlətimiz tərəfindən bütün lazımi addımlar dəqiqliklə atılır: "Bu məsələ Prezidentin birbaşa nəzarəti altındadır. Həmin istiqamətdə də dövlət başçısının peşəkar yanaşması mövcuddur. Hesab edirəm ki, Ermənistanın Azərbaycana vurduğu zərərin ödənilməsi istiqamətində işlərin Avropa Məhkəməsidə baxılması məqsədilə gərəkli addımlar atılıb və bu istiqamətdəki fəaliyyətimiz davam edəcək”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024