Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-02-2021, 17:17)
“Zəngəzura da nəzarət edəcəyik” - Ədalətin bərpası vaxtıdır

“Zəngəzura da nəzarət edəcəyik”
Zəngəzurun Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə veriləcək. Bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Bildirilib ki, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. 3 ildən sonra isə Ermənistan həmin yolu tamamilə Azərbaycanın nəzarətinə verib, yeni çəkilən yoldan istifadə etməyə başlayacaq. Başqa bir məlumata görə isə Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini tərk edirlər.

Xəbəri kəndin icma rəhbəri Beniamin Poqosyan açıqlamasında bildirib. O, sərhədlərin delimitasiyasından sonra Azərbaycan ordusunun mövqelərinin kəndə yaxın olduğunu deyib. Eyni zamanda artıq təsərrüfatla məşğul olmaq üçün yararlı torplaqların az olmasından şikayətlənib. “Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkündür. Kəndlilər mal-qarasını satıb kənddən çıxırlar. Hökumət bizim problemlərlə maraqlanmır”. İcma rəhbərinin sözlərinə görə, vəziyyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq.

Yayılan informasiyalar barədə “Mediatv.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Zəngəzurun da gec-tez bizim nəzarətimizə keçəcəyi qənaətindədir:

“Bu proses demarkasiya ilə bağlıdır. Sərhədlər müəyyənləşir və sərhəddə yaxın ailələr daha orada yaşamaq istəmirlər. Çünki psixoloji cəhətdən təzyiq altındadırlar, narahatlıq keçirirlər.

Təsadüfi deyil ki, hətta erməni mətbuatı özü də Zəngəzurun əldən getdiyini yazır. Beləliklə, oradakı əkin yerlərini, yaylaqları, qışlaqları da itirirlər.

Proses belə də davam edəcək. Tədricən sərhəddəki kəndlərin böyük əksəriyyəti boşaldılacaq. Əslində bizim olan torpaqlardan illər uzunu ermənilər bəhrə görüblər. Artıq ədalətin bərpası vaxtıdır.

Təhlükəsizliyini düşünən ermənilər geri çəkildikcə həm də iqtisadi cəhətdən itirəcəklər. Nəticədə ərazilər boş olacaq və biz Zəngəzura da nəzarət edəcəyik”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024