Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-02-2021, 15:50)
Rusiyanın “pomidor siyasəti": İqtisadi sanksiya , yoxsa xəstəlik? - AÇIQLAMA

Rusiyanın “pomidor siyasəti": İqtisadi sanksiya , yoxsa xəstəlik?
“Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycandan ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.


Verilən məlumata görə, tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edilib. Bu səbəbdən məhsulların Rusiyaya gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub. Məhsul yenidən Azərbaycana qaytarılıb.

Kənd təsərrüfatı mütəxəssisi, fəlsəfə elmləri doktoru Qadir Bayramlı bildirib ki, məhsualların geri qaytarılmasını iqtisadi sanksiya kimi düşünmək doğru deyil:

“Mən hesab etmirəm ki, Azərbaycana qarşı iqtisadi sanksiya tətbiq edilir. Əgər elə olsaydı, sistemli şəkildə həyata keçirilərdi. Görünür, pomidorun keyfiyyətində müəyyən problemlər var. Ümumiyyətlə, dünya bazarına keyfiyyətli məhsul çıxarmaq lazımdır. Keyfiyyətsiz məhsul bazara çıxarılsa, təbii ki, həmin bazar onu qəbul etməyəcək. Hər bir ölkə daxili bazarını yararsız məhsullardan qoruyur”.
шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024