Siyasət (16-02-2021, 11:00)
Türkiyə Ermənistana qapısını aça bilər, amma... - İrəvan qondarma iddialardan imtina etməlidir
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib ki, sərhədlər Azərbaycan ərazilərinin işğal edilməsi faktına görə bağlanmışdı. İndi isə rəsmi Ankaranın Ermənistanı blokadada saxlamasına əsas yoxdur. Nazir vurğulayıb ki, Türkiyə yenə də sərhədlərini Ermənistanın üzərinə bağlı saxlayacaqsa, o zaman Ankaraya beynəlxalq təzyiq edilməlidir.
Ayvazyanın açıqlamasına ermənilər tərəfindən narazılıqlar var. Xüsusən, əsrlərdir türk düşmənçiliyi edən, türk düşmənçiliyini ideologiyasına çevirmiş “Daşnaksütyun” Partiyası Türkiyə ilə sərhədlərin açılmasına qarşıdırlar. Amma Ermənistanın hazırkı rəhbərliyinin geosiyasi reallığı qəbul etdiyini, reallıqla barışdığını, ölkənin inkişafının yalnız Türkiyə və Azərbaycanla normal münasibətlərdən asılı olduğunu demək mümkündür. Ayvazyanın açıqlaması da bunu deməyə əsas verir.
Ekspertlər də bildirirlər ki, Türkiyənin qapılarını Ermənistanın üzünə açması mümkündür. Amma şərt var – Ermənistan normal qonşuluq münasibətlərini səmimi şəkildə istəyirsə, Türkiyə və Azərbaycana qarşı qondarma iddialarından rəsmi bəyanat şəkilində imtina edirsə.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı "Mediatv.az"-a deyib ki, sərhədlərin açılması ilə bağlı Türkiyə ilə Ermənistan arasında danışıqların aparılması təşəbbüsləri var: “Bu təşəbbüslər eyni zamanda, Avropa tərəfindən də mövcuddur. Ümumiyyətlə, Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüsləri hər zaman olub. Amma təbii ki, rəsmi Ankara Azərbaycanla müzakirə aparmadan, məsələləri Bakı ilə razılaşdırmadan o addımı atmaz”.
“Xatırladım ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə Azərbaycan ərazilərinin işğalına etiraz olaraq Ermənistanla sərhədlərini bağlayıb. 30 ilə yaxındır ki, bu ölkələr arasında heç bir diplomatik əlaqələr yoxdur. İndi faktiki olaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulub, bəzi problemləri çıxmaq şərtilə demək olar ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Hazırda Qarabağda separatçıların silahlı tör-töküntüləri qalıb ki, onlar da təmizlənəcək. Ondan sonra proses ölkələr arasında münasibətlərin normallaşması istiqamətində getməlidir”, - Rüstəmxanlı qeyd edib.
Millət vəkili vurğulayıb ki, bu gün Türkiyə Qafqaza gəlib, Azərbaycan ərazisindədir, rəsmi Ankara prosesləri yaxından izləyir: “Yəqin ki, Türkiyənin Ermənistanla sərhədlərini açması Ermənistanla Azərbaycan arasında razılaşdırılan kommunikasiya xətlərinin açılması prosesi ilə paralel həyata keçiriləcək. Hesab edirəm ki, Türkiyə bütün məsələlərdə Azərbaycanın istəklərini, mövqeyini ciddi şəkildə nəzərə alacaq”.
“Mənim fikrim ondan ibarətdir ki, istər Türkiyə-Ermənistan sərhədlərinin açılması, istərsə də Azərbaycanla kommunikasiyaların, yolların açılması, münasibətlərin bərpası şərtlə olmalıdır. Bu şərt də ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından birmənalı şəkildə imtina etdiyini açıqlamalıdır.
Eyni zamanda, separatçı yaraqlılarını Azərbaycan ərazilərindən çıxarmalıdır, təxribatları törətməməlidir, revanşist baxışlardan əl çəkməlidir. Xocalı soyqrımına, törətdikləri digər qətliamlara görə Azərbaycandan üzr istəməlidirlər, təzminat ödəməlidirlər”, - deyə deputat fikirlərinə əlavə edib.
VHP sədrinin sözlərinə görə, Ermənistan da çalışmalıdır ki, sülh bərpa olunsun, düşmənçiliyə son qoyulsun: “Yox, rəsmi İrəvan torpaq iddialarına son qoymayacaqsa, qondarma soyqrımı iddialarından əl çəkməyəcəklərsə, o zaman sülhün bərpası, münasibətlərin düzəlməsi çətin olacaq”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də "Mediatv.az"-a deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması real və mümkündür. Onun sözlərinə görə, yəqin ki, Mehri dəhlizi açıldıqdan sonra sərhədlərin açılması da mümkün olacaq.
“Hesab edirəm ki, proseslər təbii axarına düşdükdən sonra Türkiyə-Ermənistan sərhəd qapısı açılacaq, gediş-gəliş təmin olunacaq. Türkiyə Azərbaycan ərazilərinin işğalına görə sərhədlərini bağlamışdı. İndi ərazilərimizin 80 faizdən çoxu açılıb, kommunikasiyaların bərpası ilə bağlı işlər gedir. Türkiyə də Azərbaycanla məsləhətləşmələrdədir, müzakirələr aparılır, nəyi necə etmək qərarlaşdırılır. Ermənistan ağıllı-başlı davransa, xəstə iddialarından - ərazi, “soyqrımı” kimi iddialarından əl çəkdikdən sonra Türkiyə sərhədlərin bağlı qalmasında maraqlı deyil. Hətta Bakıda keçirilən Qələbə paradında Türkiyə lideri Ərdoğan region ölkələrinin birgə platformalarının yaradılması ideyalarını gündəmə gətirdi”, - deyə Q.Hüseynli bildirib.
Sabiq dövlət müşavirinin qənaətincə, hətta gələcəkdə türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaranması da reallaşa bilər: “Söhbət Bakı-İrəvan və Ankara-İrəvan arasındakı diplomatik əlaqələrdən gedir.
Ən sadə hesablamalar göstərir ki, əslində belə əlaqələrin qurulması daha çox Ermənistanın xeyrinədir. Çünki Ermənistan işğalçılıq siyasətinin nəticəsində uzun illər regional və qlobal layihələrdən kənarda qalıb. İndi problem həllini tapır, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması ilə bağlı maneə də aradan qalxır”.
Buna qarşı olan qüvvələrə gəldikdə isə Q.Hüseynli deyib ki, onlar azsaylı radikal millətçilərdir: ““Daşnaksütyun” Partiyası ömür boyu türklərə qarşı olub. İndi sərhədlərin açılmasına etiraz etməkləri də normaldır. Məsələ burasındadır ki, “daşnaklar” daha əvvəlki kimi Ermənistanda əsas söz sahibi deyillər, sayları azalıb. Onlar əsasən xaricdəki diaspora təşkilatlarının fitvası və maliyyə yardımları ilə radikallaşırlar. Son illər Paşinyan hökuməti onların əl-qolunu nisbətən bağlaya bilib. Eyni zamanda, Ermənistan əhalisinin böyük əksəriyyəti də bezibdir, ac-yalavac vəziyyətdə yaşamaq istəmirlər. Bu baxımdan, hesab edirəm ki, əhali arasında normal təbliğatla insanların etirazını önləmək olar. Təbii ki, erməni xisləti tarixən məkrli olub, ehtiyatı əldən vermək olmaz. Onlar xainlikdə birincidirlər. Amma bölgənin inkişafı, sülhün bərqərar olması üçün ölkələr arasında əlaqələr yavaş-yavaş düzəlməlidir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024