Siyasət (15-02-2021, 11:15)
Böyük Britaniyanın Azərbaycanla bağlı hərbi niyyəti gerçəkləşir - yeni gəlişmə
“Yanvarın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanla hərbi əlaqələrin inkişafında maraqlı olduğunu elan etdi.
İlkin addım kimi Britaniyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə kömək edə biləcəyini vurğuladı. Bir deyil, iki NATO üzvü (Türkiyə və Böyük Britaniya) strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan, Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla daha yaxın hərbi münasibətlərə ciddi maraq göstərir”.
Bu məlumatı 3 fevralda “jamestown.org” saytı yayıb.
“The Daily Brief” nəşri də fevralın 12-də bu məsələyə toxunub. Sayt yazır:
“Azərbaycanın xarici hərbi təmaslara daha çox maraq göstərəcəyi və hərbi əlaqələrini daha da genişləndirəcəyi gözlənir. Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərini minalardan təmizləməsi təşəbbüsünə kömək etməkdə maraqlı olduğunu göstərir və bu niyyəti ilə bağlı rəsmi Bakıya açıq siqnallar verir. Bundan əlavə, potensial Ermənistan tərəfdarı olan Rusiyanın bölgədəki təsirini balansda saxlamaq üçün Bakının Ankara ilə əlaqələrini daha da dərinləşdirəcəyi ehtimal olunur”.
Qeyd edək ki, Böyük Britaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Britaniyanın Azərbaycanda son dərəcə ciddi biznes maraqlarının olması heç kimə sirr deyil. Bu maraqlar xüsusən neft və qaz hasilatında daha qabarıq nəzərə çarpır.
Göründüyü kimi, Britaniyanın hərbi baxımdan Azərbaycana daxil olmaq ehtimalı getdikcə ciddiləşir. Rəsmi Bakının Böyük Britaniyanın bu təşəbbüsünə reaksiyası necə olacaq? Bəri başdan konkret nəsə demək çətindir. Şübhəsiz ki, Azərbaycan və Türkiyə rəhbərliyi bu məsələdə ortaq məxrəcə gəldikdən sonra ortaya müəyyən mövqe qoyula bilər.
Britaniya hərbçilərinin Azərbaycana gəlişi isə heç bir halda Rusiya üçün məqbul görünmür. Elə buna görə Dağlıq Qarabağ məsələsində Rusiyanın təsir dairəsini azaltmaq üçün Britaniya təşəbbüsünə yaşıl işıq yandırıla bilər. Hər halda, bu ehtimal xeyli yüksək görünür.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024