Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-02-2021, 13:40)
Azərbaycanın Arutyunyanla bağlı planları: - "Növbəti yanlış addım ona baha başa gələ bilər"

Azərbaycanın Arutyunyanla bağlı planları:
"Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan etiraf edib ki, rusiyalı hərbçilərlə görüşündə Azərbaycan rəsmisi də iştirak edib. Xəbər doğrudursa, bu, uzun illərdən sonra separatçıların təmsilçisi ilə ilk təmasımız sayıla bilər".

"Mediatv.az" xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq Azərbaycanın Araik Arutyunyanla bağlı planlarını belə izah edib:

"Əlbəttə, Araik Arutyunyan cinayətkardır və müharibə dövründəki cinayətlərinə görə cavab verməlidir, ona qarşı cinayət işi qüvvədədədir. Ancaq reallıq bundan ibarətdir ki, o, Xankəndidə idarəetməni həyata keçirir, Rusiya hərbçiləri ilə daima təmasdadır. Məsələnin ikinci tərəfi odur ki, illərdir deyirdik, Ermənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarsın, biz özümüz erməni vətəndaşlarımızla dil taparıq. Arutyunyan hələ də İrəvandakı müzakirələrə qatılır. Ancaq elə etməliyik ki, o, zaman-zaman Azərbaycan hakimiyyətinin emisarlarını da dinləsin və bilsin ki, növbəti yanlış addım ona və ətrafındakılara baha başa gələ bilər".

Elxan Şahinoğlu vurğulayıb ki, separatçıları nümayəndələrimizin Xankəndidə görünməsinə alışdırmalıyıq:

"Gələcək hədəflərimizdən biri Araik Arutyunyanın bir başqası ilə əvəzlənməsinə nail olmaqdır. Keçmişdə bu əvəzlənmələrdə əsas rol İrəvana aid idi. Bundan sonra elə etməliyik ki, bölgədəki ermənilər üzərində idarəetməni həyata keçirmək istəyən şəxs Bakının da maraq və istəklərini nəzərə alsın. Çətindir, ancaq mümkündür. Bunun həyata keçirilməsi yolları barədə indidən düşünməliyik. Müharibədə qələbə çaldığımız kimi ağıl oyunlarında da üstün olmalıyıq".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024