Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-10-2014, 16:40)
Köşə yazarı polis tərəfindən saxlanıldı

 

Türkiyə polisi ünlü köşə yazarlarından Soner Yalçını saxlayıb. “Sözçü” qəzetinin və OdaTV.com saytının müəlliflərindən olan S.Yalçını polis bu gün səhər saat 5-də konfrans üçün getdiyi Dənizlidə həbs edib. 

 

“Mediatv.az” musavat.com-a istinadən xəbər verir ki, sübh tezdən yazarın qaldığı otelə gələn polislər Soner Yalçına Ankara Məhkəməsinin onun haqqında çıxardığı həbs orderini təqdim edib, daha sonra isə polis idarəsinə aparıblar. Ardınca yazar tibb yoxlamasından keçirilmək üçün xəstəxanaya gətirilib.

Dənizli Vəkillər Kollegiyası başqanı Müjdat İlhan və Atatürkçü Düşüncə Dərnəyi Dənizli bölməsinin başqanlarından Gülizar Biçer Karacanın səyləri ilə Soner Yalçın zaminə buraxılıb. Bir neçə saat sonra Soner Yalçın məhkəmədə ifadə verəcək.

Məhkəməyə qədər mətbuat konfransı keçirəcəyini bildirən Yalçın hansı iş üzrə haqqında həbs qərarı çıxarıldığını açıqlamayıb. Yalçın polislərin səhər saat 5-də otelə basqınını da özünəməxsus yorumlayıb: “Qabaqlar polislər saat 5.30-da gəlirdilər. Saatlar geri çəkilib axı, ona görə, 5-də gəlmişdilər”. Bununla Soner Yalçın AKP iqtidarını sarsıdan "17 dekabr - Böyük rüşvət əməliyyatı"na işarə vurub. Həmin gün əməliyyat 5.30-da başlamışdı.

Qeyd edək ki, Soner Yalçın AKP iqtidarının sərt tənqidçilərindəndir. Yazar dəfələrlə hakim komandanı Türkiyə Cümhuriyyətinin təməllərini sarsıtmaqda, PKK və İŞİD-lə bağlı yanlış siyasət yürütməkdə ittiham edib.

Şərh Yaz

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024