Siyasət / Slayd (8-02-2021, 12:00)
Səlim Müslümovdan sonra: Növbə kimindir? - İLGİNC SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun həbsi korrupsioner məmurların cəzalandırılması ilə bağlı taktiki addımların dəyişdiyindən xəbər verir.
“Mediatv.az”n məlumatına görə bu hadisəsən sonra ictimaiyyətdə belə bir fikir yaranıb ki, əgər bu vaxta qədər vəzifə başınada olan rüşvətxorlar həbs edilirdisə, indi bu proses illər öncə vəzifəsindən azad olunanlara da şamil olunur. Yəni dövlətin pulunu mənimsəmiş heç bir vəzifəli şəxsin bu prosesdən kənarda qalmayacağı haqda qənaət formalaşıb.
Güman edilir ki, proses davam edəcək, illərlə vəzifədə qalıb oliqarxa çevirilmiş şəxslərin heç biri haram yolla yığdığı var-dövləti rahatlıqla xərcləyə bilməyəcək. Talanmış pulların dövlət büdcəsinə qaytarılması prioritet məsələlərdən biridir.
Belə bir məqamda “Mediatv.az” son illərdə vəzifədən azad olunmuş yüksək rütbəli məmurların siyahısını təqdim edir. Bunu şərti olaraq “Eldar Mahmudovdan sonra vəzifəsini itirənlər” kimi də adlandırmaq mümkündür. Beləliklə, 2015-ci ildən bəri bu yüksək vəzifəlilər istefaya göndərilib. Siyahıya baxdıqda orada tək-tək şəxslərin ictimai fikirdə oliqarx kimi tanınmadığını görmək olar.
Eldar Mahmudov: Milli Təhlükəsizlik naziri (23 iyul 2004-17 oktyabr 2015).
Əli Abbasov: Rabitə və Yüksək Texnologiyalar naziri (20 fevral 2004-12 noyabr 2015)
Heydər Əsədov: Kənd Təsərrüfatı naziri (22 oktyabr 2013-21 aprel 2018)
Əbülfəs Qarayev: Gənclər və İdman naziri (26 iyul 1994 — 18 aprel 2001), Gənclər, İdman və Turizm naziri (18 aprel 2001 — 30 yanvar 2006), Mədəniyyət və Turizm naziri (30 yanvar 2006 — 20 aprel 2018), Mədəniyyət naziri (23 aprel 2018 — 21 may 2020)
Ziya Məmmədov: Nəqliyyat naziri (8 avqust 2002-ci il-13 fevral 2017-ci il)
Elmar Məmmədyarov: Xarici İşlər naziri (2 aprel 2004 — 16 iyul 2020)
Əli Həsənov: Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri (19 iyul 2005 — 29 noyabr 2019)
Ramiz Mehdiyev: Prezident Administrasiyasının rəhbəri (7 fevral 1995 — 23 oktyabr 2019)
Əli Həsənov: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri (18 noyabr 1998 — 21 aprel 2018)
Hacıbala Abutalıbov: Bakı Şəhər İcra hakimiyyətinin başçısı (30 yanvar 2001 — 21 aprel 2018), Baş nazirin müavini (21 aprel 2018 — 21 oktyabr 2019)
Nazim İbrahimov: Diasporla İş üzrə Dövlət Komitəsi sədri (11 noyabr 2008 — 23 aprel 2018)
Artur Rasizadə: Baş naziri (26 noyabr 1996 — 21 aprel 2018)
Novruz Məmmədov: Baş nazir (21 aprel 2018 — 8 oktyabr 2019)
Abid Şərifov: Baş nazirin müavini (20 iyul 1995 — 21 aprel 2018)
Fazil Məmmədov: Vergilər naziri (11 fevral 2000 — 5 dekabr 2017)
Hüseynqulu Bağırov: Ekologiya və Təbii Sərvətlər naziri (23 may 2001 — 21 aprel 2018)
Aydın Əliyev: Dövlət Gömrük Komitəsinin sədri (6 fevral 2006 - 23 aprel 2018)
Rüfət Aslanlı: Maliyyə Bazarlarına Nəzarət Palatasının (2008 — 2016)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
3 11 2024
3 11 2024
3 11 2024
3 11 2024
3 11 2024