Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (2-02-2021, 10:12)
Rus sülhməramlılarının davranışlarından narazılıq artır - GƏLİŞMƏ

Rus sülhməramlılarının davranışlarından narazılıq artır
Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti, daha dəqiq desək, mandatlarından kənar bəzi davranışları Azərbaycan ictimaiyyətində qıcıq və narahatlıq doğurur. Ötən həftəsonu Azərbaycanın yük maşınlarını rus hərbçilər Suqovuşandan Kəlbəcərə buraxmırdı. Rus sülhməramlılar Ağdərədən Kəlbəcərə getmək üçün Azərbaycan maşınlarına rus nömrəsi taxılması və Azərbaycanın dövlət bayrağının maşınların üzərindən yığışdırılması şərtini irəli sürüblər. Hər gün bu tipli narahatedici xəbərlər gəlməkdədir. Hətta Vladimir Putinin dostu İlham Rəhimovun müsahibəsində də sülhməramlıların Qarabağdakı davranışlarından narahatlıq ifadə olunub.

Siyasi mövqelərinə, baxışlarına görə fərqli cinahlarda dayanan siyasətçilərin, siyasi analitiklərin də rus sülhməramlılarının Qarabağda olmasından, xüsusilə də fəaliyyətindən narahat və narazı olduqları müşahidə edilir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, rus sülhməramlılarının təkbaşına qərar qəbul etməsi, ermənilərin əsassız iddialarını dərhal rədd etməməsi, üçtərəfli razılaşmadan kənara çıxması, səlahiyyətlərinə uyğun işlərlə məşğul olmamaları onlardan narazılığı haqlı olaraq artırır: “Azərbaycan hakimiyyəti də məntiqlə rusların bu hərəkətlərindən razı qalmalı deyil, amma hələlik dözür, hadisələrin gedişini izləyir. Məncə, proseslərin çərçivəsi Azərbaycan və Türkiyə tərəfindən cızılıb, ona görə də bu cizgilər daxilində hələlik Rusiyanın hərəkətlərinə dözümlə yanaşılır”.

Siyasi analitik Şahin Cəfərli isə bildirib ki, narahat olmaq üçün əsaslar var: “İlham Rəhimovun maraqlı müsahibəsi var. Bildirir ki, Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycanın ən böyük problemidir və nə qədər ki, Putin hakimiyyətdədir, biz bu problemi həll etməliyik, Rusiyadakı hakimiyyət dəyişikliyindən sonra çox çətin olacaq. O, sülhməramlıların ya vaxtından əvvəl, ya da 4,5 il sonra Azərbaycandan çıxarılmasının zəruri olduğunu vurğulayır. İlham müəllim ”nələrsə bilirəm ki, belə deyirəm", - sözlərini də əlavə etməyə ehtiyac duyaraq Rusiya sülhməramlılarından qaynaqlanan potensial təhlükələrə işarə vurub.

İlham Rəhimovun kim olduğunu yəqin ki, bilirsiniz. Bu səbəbdən onun fikirlərinə əhəmiyyət vermək lazımdır.

Müsahibədən belə anlaşılır ki, İlham Rəhimov bizim 10 noyabr 2020-ci ildən bəri ifadə etdiyimiz narahatlıqları, xəbərdarlıqları nəinki bölüşür, hətta o, bizdən daha çox narahatdır. Bizim narahatlığımız Rusiyanın “sülhməramlı” fəaliyyət təcrübəsi və ümumən onun regional maraqları ilə əlaqəli biliklərə əsaslanırsa, yəni empirik xarakterlidirsə, İlham Rəhimovun narahatlığı həm də, özünün dediyi kimi, bu günə aid real, gizli informasiyalara əsaslanır".

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazdə isə bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda nüfuz dairəsində fəaliyyəti məhz 10 noyabrda imzalanan üçtərəfli bəyannamədə təsbit edilən bir neçə bəndə uyğun həyata keçirilir. Onların hazırkı fəaliyyəti öz hüdudlarından çıxaraq burada separatimizi, silahlı erməni birləşmələrini müdafiəyə keçir: “Onların sülhməramlı fəaliyyətindən kənar missiyası artıq rəsmi Bakı və Ankaranın da təpkisinə yol açıb. Sülhməramlı qüvvələr çalışır ki, azərbaycanlılar Xankəndi, Ağdərə, Xocavəndə qayıtmasın. Ona görə də buradan bəyannamənin 4-cü bəndinə əməl etməyərək erməni silahlı birləşmələrini çıxarmır. Rusiya burada yalnız öz geosiyasi maraqlarını güdməklə, məhz sülh və təhlükəsizliyin iki icma arasında yaranmasına çalışmayacaq. Vəziyyəti gərginləşdirəcək və ermənilərin Azərbaycana qarşı düşmənçilyinin davam etməsinə çalışacaq. Suqovuşandan keçərək Ağdərə yolu ilə Kəlbəcərə yük aparan maşınlarımıza son günlər maneələr yaradılması isə artıq əndazənin aşılmasıdır. Azərbaycanın ərazisində Azərbaycan maşınlarının, Azərbaycan bayrağı ilə hərəkət etməsinin qarşısını almaq sülhməramlı missiya deyil, separatçı ermənilərin istəklərini yerinə yetirməkdir. Sülhməramlıların öz missiyalarından kənara çıxmalarının qarşısı təcili alınmasa, sabah daha ciddi problemlərlə üz-üzə qalacağımız qaçılmazdır. İstisna deyil ki, bu gün Ağdərədə qarşısı kəsilən yük maşınlarımız sabah silahlı ermənilərin hücumuna məruz qalsın. Çünki rus sülhməramlıların davranışları silahlı erməni quldurlarını buna təxribatlara həvəsləndirir. Artıq get-gedə hər kəs özü üçün dəqiqləşdirib ki, Rusiya sülhməramlılarının Qarabağda olması zərərlidir və gələcək üçün təhlükədir. Hörmətli professor İlham Rəhimov kimi məlumatlı, bilikli adam da narahatlığını ifadə edibsə, artıq hər şey aydındır. Ona görə də biz sülhməramlı qüvvələrin çıxarılmasını tələb etməliyik”.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı isə bildirdi ki, bu məsələyə bir qədər kompleks yanaşmaq lazımdır. Rusiya sülhməramlılarının öz təyinatlarından kənara çıxmaları bütün detalları ilə fiksasiya edilməli və onların Azərbaycanın qanunlarına zidd hərəkətləri qeydə alınmalıdır: “Bu onun üçün lazımdır ki, sabah biz onların bu bölgədən çıxarılması ilə bağlı məsələ qaldıranda əlimizdə faktlar olsun. Bu aylar içərisində sülhməramlıların ermənilərin yanında olduqları faktları ortadadır. Bu gün onların çıxarılması ilə bağlı tələblər irəli sürmək hələ nəticə verməz. Amma onların hər şeyə burunlarını soxmasına da imkan vermək olmaz. Azərbaycan dövlətinin bu bölgədə suveren hüquqlarının bərpası üçün onlardan bəzi şeyləri yerinə yetirmələrini tələb etmək olar. Onların ermənilərin xeyrinə buradakı fəaliyyətini önəmli ölçüdə azaltmaq üçün bölgədə Türkiyə ordusunun olması şərtdir. Buna çalışılmalıdır”.
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024