Rusiya xarici işlər naziri Sergey Lavrov ermənilərin pasport arzularını puç elədi. Dağlıq Qarabağda qalan ermənilərə rus pasportu paylanacağı iddiaları onları ümidləndirmişdi.
“Yeni Müsavat” yada salır ki, ayrı-ayrı rus və erməni KİV-ləri Xankəndi, Əsgəran və digər ərazilərdəki əhaliyə Rusiya vətəndaşlığı veriləcəyi haqda xəbərlər yayırdı. Bununla Kremlin Cənubi Osetiya və Abxaziyadakı siyasətini Dağlıq Qarabağda təkrarlayacağı ehtimalları irəli sürülürdü. Hərçənd ki, əvvəldən bölgədə yaşayan ermənilərə rus pasportu verilməsinin nonsens olduğu məlum idi.
Əvvəla, Abxaziyadan fərqli olaraq, bu ərazilərin Rusiya ilə heç bir sərhədi yoxdur, prezident Vladimir Putin isə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi adlandırıb. Yəni Qarabağ Azərbaycandır və nida...
Amma yenə də provokativ dezinformasiyalar tirajlanırdı və ermənilər rus pasportu alacağını gözləyirdi. Halbuki istər Xankəndi, istər Xocavənd erməniləri olsun, hər biri Azərbaycan vətəndaşıdır, bizim qanunları qəbul etməlidirlər. Sadəcə, sülh müqaviləsi bağlanmalıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, məsələ həll olunmalıdır. Bu, zaman tələb edir.
O ki qaldı Rusiya XİN başçısı Lavrovun sözlərinə, o, Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı sualı ekzotik hesab edib. Lavrov deyib ki, Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır, o cümlədən Ermənistan tərəfindən də: “Bizim isə bu ağlımızın ucundan da keçmir”. Bununla da nazir Qarabağa qayıtmış ermənilərə guya rus pasportu veriləcəyi, Qarabağın hətta Rusiyanın tərkibinə verilə biləcəyi kimi absurd yalanları təkzib edib.
Əslində Rusiya birmənalı olaraq “rus pasportu”, “Qarabağ Rusiyaya verilib” kimi spekulyasiyalara son qoydu. Artıq İrəvanda da siyasətçilər bu üslubda utopiyaları dilə gətirməkdən vaz keçsələr yaxşıdır. Çünki faktiki Rusiya beynəlxalq qanunlara uyğun mövqe nümayiş etdirməkdədir və bəyənilən yanaşmadır. Ona görə Ermənistan və Qarabağda “rus pasportu” gözləyənlər növbəti dəfə məyus oldu.
Bəs yenidən bu məsələ gündəmə gələ bilərmi? Kremldə ermənipərəst dairələrin “rus pasportu” istəyini diktə etməsi mümkündürmü?
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, erməni millətçiləri Dağlıq Qarabağ ətrafında siyasi təxribatlarından əl çəkmirlər. Onun sözlərinə görə, müxtəlif variantlarla Azərbaycanın qələbəsinə kölgə salmağa, böyük dövlətləri öz avantüralarına cəlb etməyə çalışırlar. “Sualın qoyuluşu onların çirkin arzularından xəbər verir. Bu illər ərzində öz çirkin istəklərini reallaşdıra bilmədilər və indi Azərbaycan status məsələsini arxivə göndərib, onlara heç bir şans qalmır. Rusiya neçənci dəfədir ki, Ermənistan rəhbərliyini və millətçi dairələri açıq şəkildə agah edir. Bildirir ki, Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan torpaqlarıdır, heç zaman bu erməni avantüralarına qoşulmayacaq. Ona görə növbəti dəfə Rusiyadan müvafiq cavablarını aldılar”, - deyə deputat bildirdi.
A.Mirzəzadə hesab edir ki, “erməni dövlətçiliyi” layihəsi alınmadı: “Başqa dövlətin torpağını zəbt etmək, regionda diktə etmək cəhdləri qüsurlu baxışlarına, cinayətkar hərəkətlərinə görə baş tutmadı. Rusiya öz mövqeyini bir daha göstərdi ki, Azərbaycanın qələbəsinə və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
Politoloq Ramiyə Məmmədova isə Lavrovun açıqlamasını iki cür şərh edir. Onun sözlərinə görə, Rusiya XİN rəhbəri ermənilərin Dağlıq Qarabağın statusu barədə arzularını ürəyində qoysa da, Laçın dəhlizi ilə bağlı fərqli danışdı: “O, Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını açıqladı. Lavrov deyir ki, əgər Azərbaycanın Naxçıvanla yolu olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır. Yəni Ermənistan rəsmiləri Dağlıq Qarabağa səfər edə bilərlər. Bununla hər iki tərəfi razı saldı. Amma istənilən halda onun mövqeyi bizi qane edir. Lavrov Putindən fərqli yanaşma sərgiləyirdi. Bu dəfə Rusiya dövlətinin mövqeyini göstərdi”.
Ekspertin fikrincə, ermənilərə rus pasportu paylanması onsuz da mümkün deyildi: “Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət edir. Moskva görüşü də münasibətlərin hansı səviyyədə olduğunu sübut etdi. Rus sülhməramlıları hansısa xoşagəlməz addımlar ata bilər, ancaq Kremlin orada pasport paylamaq, təxribata yol vermək niyyəti yoxdur. Bu zaman gərginlik yüksələ bilər”.
“Yeni Müsavat”
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024