Siyasət (21-10-2014, 19:11)
Bələdiyyə seçkilərinin günü məlum oldu
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Avropa.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə təklif Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.
M.Pənahov bu il də bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Bundan əlavə, iclasda “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.
İclasda qeyd olunub ki, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-nə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024