Mediatv.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri iştirak ediblər.
Rəyasət Heyətinin iclasına çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamalarda ciddi pozuntular aşkarlanıb.
Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər. Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.
İclasda AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti, akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın vitse-prezidentləri seçiliblər. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.