Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (4-01-2021, 12:15)
Rusiya niyə milyonlarını Qarabağa “səpir”?


Rusiya niyə milyonlarını Qarabağa “səpir”?
Gəlin, məsələnin siyasi aspektlərini hələlik bir tərəfə qoyaq və Qarabağda Rusiyanın “sülhməramlı əməliyyatlarının” maliyyə tərəfindən danışaq.

Görünən odur ki, Rusiya buradakı “dinc əhali”nin qorunmasından başqa digər vəzifələri də öz üzərinə götürüb: Hərbi infrastrukturun bərpası, mülki obyektlərin, məktəb, yaşayış evləri, xəstəxanalar və hətta “yuxunuz şirin olsun, uşaqlar” proqramının təşkili, kompotla ermənilərə psixoloji-mənəvi dayaq tostuna qədər.

Maraqlıdır, görəsən, bütün bunlar Rusiya büdcəsinə neçəyə başa gəlir:

Elə rus mənbələrinə görə, Putin hər il Qarabağdakı “sülhməramlı” missiyaya 35 mlyondan 50 milyon dollara qədər pul ayırılması ilə bağlı sərəncam verib. Bu, Rusiya FHN-nin Qarabağa ayırdığı yardımlardan əlavədir. Yəni Rusiyanın Qarabağa xərclədiyi pul, əslində, rəsmi göstərilən rəqəmlərdən qat-qat çoxdur.
Amma əsas xərclər hələ qabaqdadır. Əgər erməni mənbələrinə inansaq, separatçı regionun illik büdcəsi 250 milyon dollar olub. Bunun 150 milyonunu Ermənistan büdcəsindən ayrılan transferlər təşkil edib. Geridə qalan 100 milyon dolları isə onlar Kəlbəcər və Zəngilandakı qızıl və digər əlvan metallar çıxarılan yataqlarda işləyən şirkətlərdən vergi kimi tutublar və işgal olunmuş ərazilərdəki taxıl və digər məhsulların satışından əldə ediblər. Rəsmi rəqəmlərə görə, Ermənistan öz taxıl tələbatının 50%-dən çoxunu məhz işğal altındakı Azərbaycan torpaqlarından tədarük edib. Deməli, üzümüzə gələn illərdə ermənlər bu tələbatı xaricdən valyuta ödəməyə məcbur olacaqlar. Hazırkı durumda separatçıların əlində qalan hissədən maksimum 15-20 milyon dollarlıq büdcə təşkil etmək mümkündür. Yəni əgər Rusiya Qarabağda qalan ermənilərin həyat səviyyəsini əvvəlki kimi saxlamaq istəyirsə, onda bura hər il 200 milyon dollar pul yatırmalıdır.

Rublun kursu ilə hesablasaq, bu, ildə 18 milyard dollar edir, yaxın 5 ildə isə 90 milyard dollar. Müqayisə üçün deyək ki, əhalisi 500 000 nəfər olan Rusiyanın Adıgey, Qaraçay-çərkəz respublikalarının büdcəsi 23-25 milyard manat təşkil edir. Uzaq Şərqdəki əhalisi 160 000 nəfər olan Yəhudi muxtariyyətinə isə ildə 11 milyard rubl xərclənir.

Deməli, Rusiya heç vaxt Qarabağa bu qədər pul xərcləməyəcək. Buradakı ermənilərin onsuz da ürəkaçan olmayan sosial-iqtisadi durumu bundan sonra daha da acınacaqlı hala düşəcək və bölgədən köç, buradakı ölüm halları artacaq.

Ona görə də Rusiya qoruma altına aldığı “dinc ermənilərin” gələcəyi üçün daha böyük tədbirlər görmək məcburiyyətindədir.

Kamal Sultanov

www.yenicag.az
шаблоны для dle 11.2

Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024