Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bir sıra məqamlara toxunub. O, həmçinin bildirib ki, Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayırılır.
“Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, - deyə S. Lavrov vurğulayıb.
XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasından da danışıb. O qeyd edib ki, bu Birgə Mərkəz
Rusiya və Türkiyə prezidentləri arasındakı razılıq nəticəsində yaradılır:
“Hazırda bu mərkəzin aktiv qurulması prosesi gedir”.
Ermənilərin Qarabağdakı indiyədək mövcud olan özbaşınalıqdan sui-istifadə edərək ard-arda təxribatlar törətdiklərini bilirik. Bəs Monitorinq Mərkəzinin yaranması lazımi effekti verəcəkmi?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Sherg.az”ın bu sualına belə cavab verib:
“Mən sülhməramlılarla bağlı məsələni, ümumiyyətlə, qəbul etmirəm. Bu, bizim maraqlarımızın təmin olunması demək deyil. Əksinə, yeni fəsadların, yeni problemlərin gəlişi deməkdir. Gərək vaxtı ilə əməliyyatlarımızı davam etdirərdik. Antiterror əməliyyatlarını bundan sonra bərpa etməyimiz isə lazımi nəticə verməyəcək. Çünki artıq oradakı ruslarla döyüşməli olacağıq. Təəssüflə deməliyəm ki, sülhməramlılar meşələrdə erməni terrorçularına təlim keçirlər. Biz rusları bölgədən hüquqi yolla çıxarmaq barədə düşünməliyik. İlkin vəzifəmiz bu olmalıdır”.
Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024