Siyasət (16-10-2014, 17:56)
Akif Muradverdiyevin səhhətində problem yaranıb
Prezident Aparatı İşlər İdarəsinin keçmiş müdiri, qaçaqmalçılıqda ittiham olunan Akif Muradverdiyevin səhhətində ciddi problemlər yaranıb.
Bunu virtualaz.org saytına vəkil Rəşad Mirmehdizadə deyib.
Vəkil bildirdi ki, A.Muradverdiyevin ağrıları daha da şiddətlənib. Onun həbsxana şəraitində müalicəsi qeyri-mümkündür: “Hər dəfə görüşəndə səhhətindən şikayətlənir”.
Xatırladaq ki, A.Muradverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, A.Muradverdiyev 2013-cü il, iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev adına beynəlxalq hava limanından Rusiyaya aparmaq məqsədilə külli miqdarda dəyəri olan və çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - çar Rusiyasına aid 40
ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024