Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-10-2014, 16:10)
Ərəstun Oruclu : “Mİnskdə toy olmayacaq”

“Rusiya-Qərb qarşıdurmasında iştirak edəcək hər bir MDB dövləti bu iki nəhəngin ayaqları altında qala bilər”

 

Bu gün Minskdə MDB dövlət başçılarının Şurasının iclası keçiriləcək. Ümimiyyətlə, Minsk sammitində MDB dövlət və hökumət başçıları 20-dən artıq məsələyə baxaraq öz mövqelərini bildirəcəklər. 
Bu görüş hansı nəticələr verəcək? Ümumiyyətlə Gömrük İttifaqı yarandıqdan sonra Rusiyanın MDB-ni yeni SSRİ-yə çevirməsi nə qədər mümükündür? Ermənistan Avrasiya ittifaqına qoşula biləcəkmi? Rusiya MDB-ni Qərblə qarşıdurmaya sürükləmək üçün hansısa addım ata bilərmi? 
 
PİA.az saytı olaraq suallarımızı politoloq Ərəstun Oruclu cavablandırdı. 
Ərəstun Oruclunun fikrincə  bu görüşdən böyük dəyişikliklər gözləmək lazım deyil: 
“ Rusiya ənəvi olaraq MDB dövlətlərinə təzyiq edərək onları özünün patronajı altında yaratdığı Gömrük İttifaqına cəlb etsin. Ermənistan tipli dövlətlər bu təklifi qəbul etməyə məcburdur. Bu dövlətlərdir ki, rusiyadan siyasi asılılığı vardır. Ola bilər ki, hansisa ölkələr imzalasın. Məsələn Qırğızıstan imzalaya bilər. Bilirsiniz ki, Rusiya Qırğızıstanın enerji sektoruna böyük investisiyalar qoydu. Bu ise o deməkdir ki, ölkə Ermənistan kimi Rusiyanın nəzarətinə keçdi. Digər Orta asiya ölkələridə Türkmənistan və ya Özbəkistan kimi ölkələr də imzalaya bilər”. 
Ermənistana gəlincə isə o, İrəvanın başqa seçimi olmadığını da vurğuladı:
“Ermənistanın başqa seçim imkanları olmaması, Rusiyadan iqtisadi, siyasi və hərbi asılılığı onu bu qurumlara üzvlüyə sövq edir. Digər tərəfdən, rəsmi İrəvanın qonşuları ilə mübahisəli və münaqişəli durumda qalması Rusiyanı onun nəinki təhlükəsizliyinin, hətta sadəcə mövcud olmasının yeganə təminatçısı edir. İrəvanı buna sövq edən digər bir amil də Ermənistan ərazisində iki Rusiya hərbi bazasının olması reallığıdır. Ola bilər ki imzalanma baş tutsun”. 
Ərəstun Oruclu digər ölkələrə gəlincə isə belə bir kollektiv imzalanma olmayacağını dedi:
“Digər ölkələrin maraqları tələb edir ki, Rusiyanın təsirinə düşməsin. Azərbaycan kimi və ya Belarusiya kimi... Belarusiya da bilirik ki, Rusiyadan müəyyən gözləntiləri var. Faktiki olaraq pul istəyir. Rusiayda təbii ki, Belarusiyaya pul filan vermeyecek. Buda öz növbəsində Belarusiaynın əlində ittifaqa qirməmək üçün bəhanə olacaq. Əslində bu məkana qoşulmaq özünün iqtisadi – siyasi müqəddəratınl birdəfəlik həll etmək deməkdir. Digər tərəfdən Rusiya elə bir durumda deyil ki, digər ölkələr üçün cəlbedici olsun. Ona görə mən düşünmürəm ki,orda bu gün təntənəli “toy mərasimi keçirilsin”. 
Politoloq bildirdi ki, qərb ölkələrinə qarşı MDB ölkərinin Rusiya tərəfindən çıxış edəcəklərini gözləmək doğru deyil: “Ona görə ki, bu diversifikasiya imkani verir. Belə siyasi oyunlara qoşulmamaq həm Qərblə, həm də Rusiya ilə münasibətləri saxlaya bilmək imkanı verir. Ona görə də hər bir ölkə müstəqil siyasət yürütmək məqsədi daşıyır. Bu Rusiya-Qərb qarşıdurmasıdır. Bu qarşıdurmada iştirak edəcək hər bir MDB dövləti bu iki nəhəngin ayaqları altında qala bilər, bunu hər bir ölkə yaxşı dərk edir”. 

 

Rusiyaya qarşı tətbiq olunan sanksiyaların da davam edəcəyini deyən politoloq Qərbin geri çəkiləcəyini düşünmədiyini də vurğuladı:” Sanksiyalar 8-10 cu pilləyə qədər gedəcəyini düşünürəm. O zamana qədər ki, Rusiya tamamilə zəifləyəcək və danışıqlara gedəcək. Rusiya iddialrından əl çəkəcək və Gömrük ittifaqı və s. kimi təşkilatlarla qonşu dövlətləri özünə tabe etməyə cəhd etməyəcək”
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024