Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-11-2020, 17:35)
Ermənilər yeni plan hazırlayır - Litvalı ekspert

 Müasir, gözəl Ağdam erməni işğalından sonra kabus şəhərinə çevrildi.
Bu sözləri "Mediatv.az"-a açıqlamasında litvali hərbi ekspert, jurnalist Riçardas Lapaitis deyib.
“Bu şəhər artıq yaşayış üçün yararsızdır, orada sanki zəlzələ baş verib. Ermənilər ondan zibilxana kimi istifadə edirdi - qarət edirdilər, sındırırdılar, gördüklərini aparırdılar. Halbuki təkcə Ağdam rayonunda işğaldan əvvəl 165 mindən artıq insan yaşayırdı. Keçmiş separatçı “dqr”də daha az erməni yaşayırdı...
Dünyanın ən gözəl yerlərindən biri olan Kəlbəcər rayonunda 74 mindən çox azərbaycanlı yaşayırdı. Bu rayon 2 aprel 1993-cü ildə erməni təcavüzkarları tərəfindən işğal edildi. İndi Ermənistanın uduzduğu müharibədən sonra onlar işğal edilmiş əraziləri tərk edərək evlərini yandırır, qiymətli ağacları kəsir , mal-qaranı öldürür, tullantıları isə küçələrdə saxlayırlar, müqəddəs yerlərdə oğurluq edirlər. Axı orada Qafqaz Albaniyasının çox böyük irsi var. Sübutlar var ki, onlar ekskavatorlarla öldürülmüş əsgərlərini qazırlar”, - o bildirib.
Jurnalist bildirib ki, gələcəkdə erməni millətçiləri azərbaycanlıları kütləvi qətllərdə ittiham edə bilərlər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024