Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-11-2020, 03:50)
Putin İlham Əliyevlə Qarabağ bəyanatının icrasını müzakirə etdi

 Noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib.
Tərəflər atəşkəs rejiminə riayət edilməsindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmnun olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı Rusiya Prezidenti qeyd edib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian məbədləri və monastırları yerləşir. Bununla əlaqədar o, həmin ibadətgahların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib.
Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.
Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklərшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024