Siyasət (11-11-2020, 16:02)
Ərdoğan Qarabağ zəfərindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyanın Türkiyə Böyük Millət Məclisində keçirilən iclasında çıxış edir.
Mediatv.az-ın məlumatına görə,Ərdoğan Qarabağla bağlı əldə olunmuş razılaşmaya da toxunub.
“Türkiyə müqavilənin həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya ilə birlikdə bölgədə ortaq sülhməramlı güc quracaq.
İşğal olunmuş torpaqları xilas etmək üçün səy göstərən hər kəsə təşəkkür edirəm.
Atəşkəsə nəzarət üçün quracağımız birgə Türkiyə-Rusiya Mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalandı. Bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən həyata keçiriləcək.
Beləliklə, Azərbaycan torpaqlarında və Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatdı.
Qarabağ yenidən hilalın kölgəsində dinc yerini alaraq bir vətənə çevrilir.
Azərbaycan dövləti bundan əvvəl olduğu kimi bundan sonra heç bir mülki insana zərər verilməyəcəyi barədə bir öhdəlik götürüb.
Son münaqişə zamanı yaşayış məntəqələrini davamlı olaraq hədəf alıb bir çox günahsız insanın ölümünə səbəb olan Ermənistanın qətllərinin əksinə olaraq, artıq mülki şəxslərin zərər görməməsi təmin ediləcək. Ermənistanın yenidən Azərbaycan torpaqlarına hücumu ilə başlayan qarşıdurmalarda azərbaycanlı qardaşlarımızın yanında bütün qəlbimizlə və imkanlarımızla dayanaraq bu işğala son qoyacaq prosesə öz töhfəmizi verdik”, - deyə Ərdoğan bildirib.
“Türkiyə və xalqı 28 ildir Azərbaycan xalqı ilə eyni ağrıları ürəyində daşıyır”.
Ərdoğan bildirib ki, 1990-cı illərdə Srebrenitsadakı soyqırıma məhəl qoymayan ölkələr, on illərdir Qarabağdakı ermənilərin qanlı cinayətlərinə də göz yumdular. “Biz Xocalıda və Qarabağın digər yaşayış yerlərində ermənilərin vəhşilikləri nəticəsində həyatını itirən mülki şəxslərin acı və kədərlərini paylaşdıq. Ermənilər Azərbaycanda qadınları, uşaqları və yaşlı insanları seçmədən öldürdülər və biz də bu insanlara yas tutduq”.
Bununla yanaşı Ərdoğan qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan mülki obyektləri və mülki insanları qorumaq üçün hər cür səy göstərib və göstərir.
Türkiyə dövlət başçısı Azərbaycanın tarixi qələbəsində əməyi olan Türkiyənin hərbi məsləhətçilərinə, kəşfiyyat zabitlərinə və diplomatlarına təşəkkür edib.
“Qarabağ yenidən Azərbaycanın oldu! Məmməd Əmin Rəsulzadə, Ənvər Paşa, Nuru Paşa, Hüseyn Cavid, Əhməd Cavad və ümummilli lider Heydər Əliyevin ruhları şad oldu! Azərbaycandakı qardaşların sevinci həm də bizim sevincimiz və qürurumuzdur. Ümid edirəm ki, Türkiyə və Azərbaycan ortaq bir gələcək qurmağa davam edəcəklər”,- deyə Ərdoğan sözlərinə əlavə edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024