Siyasət (11-11-2020, 15:13)
“Azərbaycan qalan torpaqları da təqvimlə əldə edəcək” - Çavuşoğlu
“Mediatv.az” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib:
“Qəhrəman Azərbaycan Ordusu böyük mücadilə ilə işğal edilmiş torpaqlarını geri aldı. Arada atəşkəs oldu, Azərbaycan diplomatiya yolu ilə də geri almağa hazır olduğunu göstərdi. Lakin işğalçı Ermənistan hər dəfə mülki əhalini atəşə tutaraq atəşkəsi pozdu. Buna görə də Azərbaycan xalqına minnətdarlıq edirəm. Ermənistanın hədəfi xalqı həmin ərazilərdən uzaqlaşdırmaq idi. Baxmayaraq ki, üzərinə raketlər atıldı, xalq Prezident İlham Əliyevin yanında, qəhrəman Ordusunun yanında durdu”. M. Çavuşoğlu bildirib ki, Ermənistan atəşkəsi pozmanın nəticəsini ağır ödədi:
“Azərbaycan bir zəfər əldə etdi və edir. Qalan torpaqları da təqvimə uyğun olaraq əldə edəcək. Önümüzdəki dövrdə də qardaş Azərbaycanın yanında olacağıq. Biz qəhrəman Azərbaycan Ordusuyla fəxr edirik. Türkün güvəni yenidən özünə qayıtdı”.