Siyasət (11-11-2020, 11:28)
“Hərəkat 44 gündə bitdi, lakin daha 44 il bundan danışılacaq” - Akar
“Azərbaycan “artıq bəsdir” deyərək öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı”.
Mediatv.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində çıxışı zamanı bildirib.
Nazir Azərbaycanla Türkiyə arasındakı əlaqələrin “İki dövlət, tək millət” anlayışı ilə əbədiyyən davam edəcəyini bir daha xatırladıb.
Türkiyə müdafiə naziri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə iki ölkə arasındakı qardaşlıq əlaqəsinin hər keçən gün daha da qüvvətləndiyini qeyd edib.
“Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan xilas etmək üçün həyata keçirdiyi 44 günlük hərəkat çərçivəsində göstərdiyiniz qəhrəmanlıq və cəsarət təqdirə layiqdir. Hərəkat 44 gündə bitdi, lakin bunun 44 il boyunca danışılacağından əmin olun. Son dərəcə xoşbəxtik. Bu hərəkat bir oyanışdır. Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi”, - deyə nazir sözlərinə əlavə edib.
Akar Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını azad etməsindən sonra Azərbaycan küçələrində təşkil edilən mərasimlərdən danışarkən “Eyni bayramı Ankarada etdik, İstanbulda, İzmirdə, bütün Türkiyədə etdik. Hər kəs göz yaşı içində azərbaycanlı qardaşlarımızın qazandıqlarını öz uğurları kimi qeyd etdi. Bu, qardaşlığımızın, bir millət olduğumuzun bariz göstəricisi idi”, - deyə vurğulayıb.
Türkiyə müdafiə naziri şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
“Kədər və sevinc içində birləşdiyimiz Azərbaycan türk qardaşlarımızı haqlı işində dəstəkləməyə davam edəcəyik və hər zaman onlarla birlikdə olmağa davam edəcəyik.
Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!”.
Azərbaycan müdafiə naziri general Zakir Həsənov bildirib ki, Azərbaycan xalqı 30 ildir işğal altındakı torpaqlarını xilas etmək arzusunda idi.
O, bu hərəkat ilə Azərbaycan Ordusunun öz vətəni üçün gözünü qırpmadan canını fəda edə biləcəyini bir daha göstərdiyini qeyd edib. Daha sonra Türkiyəyə məhdudiyyətsiz dəstəyinə görə təşəkkür edib.
***
Azərbaycan Müdafiə Nazirliyi görüşlə bağlı açıqlama yayıb. Bildirilib ki, noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024