Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-11-2020, 09:47)
Biz hərbi zəfərimizlə yanaşı diplomatik qələbəmizi də qeyd edirik - ekspert

Biz hərbi zəfərimizlə yanaşı diplomatik qələbəmizi də qeyd edirik
“İlk öncə, bütün Azərbaycan xalqını, dünyanın hər yerində, hər bir nöqtəsində yaşayan soydaşlarımızı böyük, tarixi Qarabağ qələbəsi münasibəti ilə təbrik edirəm. Bu, həqiqətən də Azərbaycan xalqının, xalq-hakimiyyət sarsılmaz birliyinin məntiqi və gerçək nəticəsi, həmçinin Ali Baş Komandan, xalqının sərkərdəsinə çevrilmiş cənab İlham Əliyev qətiyyətinin reallığıdır və biz bu həqiqətləri gözlərimizlə, canlı-canlı yaşamağımızdan hədsiz qürur duyuruq”.

Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan dövlətinin Qarabağ müharibəsini qalibiyyətlə başa vurmasına, eləcə də qəbul olunmuş və imzalanmış razılaşmaya münasibətini açıqlayarkən deyib.

“Əldə olunmuş razılaşma sənədi özündə bir sıra əhəmiyyətli məqamları ehtiva edir və bu məqamların hər biri bilavasitə Azərbaycan dövlətinin və xalqının xeyrinədir, çünki bu Azərbaycanın tam, birmənalı qələbəsidir”, deyən siyasi ekspert bildirib ki, sentyabrın 27-dən başlayan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ cəbhəsində əsgərlərimizin şücaəti, qəhrəmanlığı ilə qazanılan qələbə artıq diplomatiya müstəisinə keçid aldı və bildiyimiz kimi, bu müstəvidə də zəfər qazandı: “Çünki bildiyimiz kimi, cənab Prezident bütün çıxışlarında xüsusilə vurğulayırdı ki, Azərbaycan yalnız bir halda atəşkəsə razı ola bilər – işğalçı düşmən bütün ərazilərdən silahlı qüvvələrini geri çəkməli və həmin ərazilər birbaşa Azərbaycanın nəzarətinə keçməlidir. O cümlədən, dövlət başçımız xalqının iradəsinə söykənərək, diplomatik qələbəsi ilə dünyaya sübut etdi ki, o ədalətli bərpa edir və bundan sonra heç hansı xüsusi status və s. deyilən mövzudan danışıla bilməz. Qarabağ müstəqil Azərbaycan Respublikasının digər əraziləri kimi tərkib hissəsi olaraq qalacaq, inkişaf edəcək, regiona öz töhfələrini verəcək. Eyni zamanda, ermənilər Azərbaycan vətəndaşı olaraq bu ərazilərdə heç bir torpaq iddiaları olmadan yaşamaqda davam edəcəklər, dövlətimiz isə buna tam zəmanət verir”.
“Daha bir faktor budur ki, sülh razılaşması cəbhədə növbəti qanların axıdılmasının qarşısını aldı”, deyən siyasi ekspert bildirib ki, artıq dünya da Azərbaycan dövlətinin sülhpərvər ölkə olduğunu anladı: “Baxın, Ermənistan Qarabağ cəbhəsində hətta humanitar atəşkəs rejiminə heç bir əməl etməyərək, bu vasitə ilə sübut etdi ki, onların məqsədləri heç bir insaniyyət çərçivəsinə sığmır. Ancaq Azərbaycan Ordusu öz gücü, qüdrəti sayəsində isbat etdi ki, o düşməni sülhə məcbur edə bilir və etdi də. Artıq beynəlxalq aləm görür ki, ölkəmiz müharibənin deyil, sühün tərəfdarıdır və hər zaman belə olub. Lakin indi bu həqiqət özünü kifayət qədər təsdiq etdi”.
“SƏS” qəzetinin baş redaktoru ən vacib məqamlardan daha birinə də toxunaraq bildirib ki, bu sazişdə əhəmiyyətli məsələlərdən bir də Naxçıvanın blokadadan çıxmasıdır: “Məlum olduğu kimi, sənəddə Naxçıvana gedən ayrıca yol-nəqliyyat sistemi qurulacaq, avtobomil yolu tikilərək istifadəyə veriləcək. Bu yolu isə Azərbaycan tikəcək. Söz yox ki, uzun illər blokadada qalan Naxçıvan artıq bu vəziyyətdən çıxır və həmçinin, Muxtar Respublikaya gediş-gəliş, ticarət imkanları açılır, genişlənir. Bütün bunlar bizim diplomatik qələbəmizin mühüm tərkib hissələridir. Biz böyük sevinc hissi yaşayırıq, bu sevinc hissi isə bizi qarşıda daha böyük uğurlara, qələbələrə doğru aparır, aparacaq. Yaşasın Ali Baş Komandan, xalqımızın sərkərdəsi cənab İlham Əliyev, yaşasın bütöv, müstəqil Azərbaycan dövləti və xalqı!”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024