Sosial medianın Azərbaycan seqmentində bir həyəcan, narahatlıq, ajiotaj hökm sürür. Sosial şəbəkə istifadəçilərinin bir çoxu rus sülhməramlı qoşunlarının Qarabağa yerləşməsi ilə bağlı ümidsiz proqnozlar yazırlar. Onlara elə gəlir ki, yenə köhnə əyyamlardır, 1920-ci illər, 1990-cı illər təkrarlanır, onlara elə gəlir ki, Rusiya bizi tələyə salır, rus əsgəri əbədi bu ərazilərə nəzarət edəcək, nəticədə suverenliyimiz risklidir və sair.
Amma vətəndaşlarımız unudurlar ki, bölgədə təkcə rus yox, həm də türk sülhməramlıları keşik çəkəcəklər.
Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, müqavilənin 5-ci bəndində bu məsələ öz əksini tapıb. Noyabrın 10-da, saat 18:00-da Türkiyə sülhməramlıları Qarabağa gəlməliydi. Ona görə də rahat olmaq gərəkdir və Ali Baş Komandana güvənmək lazımdır. Sadəcə, bəzi sosial şəbəkə fəallarında qorxu yaranıb ki, Rusiyanın istəyi elə bu prosesin yekununda qoşunlarını Qarabağa yerləşdirmək olub.
Hətta rus qoşunlarının Qarabağa yerləşməsini Xankəndi, Xocavənd, Ağdərə, Əsgərandakı erməniləri qorumaq kimi qiymətləndirənlər var. Müzakirələrin ən çox dartışılan hissəsi Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd rayonlarında Ermənistan silahlı qüvvələrinin və yerli özünümüdafiə qüvvələrinin tərk-silah olacağı məsələsidir.
Bu ərazilərdə ermənilərin silahlı birləşmələri, xarici muzdlular, terrorçular var. Onların tərk-silah olunması hansı prinsip və qrafiklə, razılaşma ilə həyata keçiriləcək?
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin sözlərinə görə, Qarabağda təmas xəttinə yalnız rusiyalı sülhməramlılar yerləşdiriləcək.
Ancaq Ankaranın masaya oturmasını nəzərdən qaçırmaq olmaz. Əksinə, Türkiyə-Rusiya ortaq əməkdaşlığının təmin olunması üçün yeni imkanlar yaranır, regionda münasibətlər daha da inkişaf edəcək.
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, narahat olmağa heç bir əsas yoxdur. Onun sözlərinə görə, tamamilə yeni bir reallıq yaranıb. “İlk növbədə üç böyük rayonun işğaldan azad edilməsi, yurd-yuvasından didərgin düşən insanların torpaqlarına köçürülməsi azərbaycanlıların haqqını bir daha təsdiqləyir. Eyni zamanda vətəndaşlarımız Xankəndinə, Xocalıya, Əsgərana və digərə zonalara da geri qaytarılacaqlar”, - deyə A.Mirzəzadə vurğuladı.
Deputat adıçəkilən rayonlarda erməni silahlı birləşmələrinin qalması haqda əlavə məlumat veriləcəyini açıqladı: “Əsas məsələ 3 rayonun boşaldılmasıdır. Artıq işğal edilmiş torpaqlarımızın 80-90 faizi düşməndən azad edilib, sərhədləri tam bərpa etmişik. Ermənistanın resurs cəhətdən heç bir müqavimət göstərmək imkanı yoxdur. Bu baxımdan müəyyən məsələlər də öz həllini tapacaq. Cənab Prezident xalqa müraciətində, müsahibələrində bütün həqiqətləri söyləyir və digər məsələlərə də aydınlıq gətirir. Bu gün torpaqlarımızın azad edilməsində birinci növbədə fədakarlığı cənab Prezident nümayiş etdirib və ona güvənirik”.
Deputat Vahid Əhmədov da Rusiya sülhməramlılarının gəlişindən əndişələnənlərə səslənib: “Heç kim narahat olmasın. Əvvəla, Rusiya 90-cı illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu, sadəcə, Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhmərmalı hərbçilərin mövcudluğundan ibarət olacaq. Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, qardaş ölkəmiz Türkiyə də olacaq”.
Deputat Vüqar Bayramov da deyib ki, bölgəyə azsaylı Rusiya sülhməramlılarının gəlişi şimal qonşumuzun ölkəmizdə hərbi baza yaratması anlamına gəlməməlidir: “Eyni zamanda bölgədə qardaş Türkiyə sülməramlıları da olacaq. Bu isə o deməkdir ki, Qarabağda Türkiyə də sülhün qarantı olacaq”.
Politoloq Qabil Hüseynlinin fikrincə, Türkiyənin bura gəlməsi, sülhməramlı missiyanı yerinə yetirməsi Rusiyanın ermənipərəst mövqe tutmasına imkan verməyəcək: “Bu, asayişin bərpa edilməsi baxımından da mühüm əhəmiyyətə malik olacaq. Qoyulan şərtlər bunu diktə edir. Torpaqlarımız qayıdır, ərazi bütövlüyümüz təmin olunur. Bundan başqa yol yoxdur”.
Sabiq xarici işlər naziri Vilayət Quliyev də bildirib ki, 2000 rus əsgəri bu hərbi-siyasi iradəni, xalq - dövlət birliyini poza bilməz: “Bizi qarşıda çətin, amma şərəfli və gözəl günlər gözləyir. Tələsik nəticələr çıxarmağa, özünü ən böyük vətənpərvər kimi göstərmək istəyənlərə məsləhətim səbirli, təmkinli olmaqdır”.
“Yeni Müsavat”
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024