Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-10-2014, 20:56)
Qərib Məmmədov ölkəmizi Moldovada təmsil edib- Fotolar

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsinin təsis iclasında ölkəmizi təmsil edib. 

 

Mediatv.az a daxil olan məlumata görə, yeni qlobal tarazlaşma proseslərində xüsusi geosiyasi çəkiyə malik olan Avropa İttifaqı ilə  Cənubi Qafqaz geosiyasi məkanında sürətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdə olan Azərbaycanın əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir.  Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də öz fəaliyyətində Avropanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına xüsusi önəm verir.

Komitənin fəaliyyət istiqamətində ən mühüm əməkdaşlıq platformalarından biri BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsüdür (UN-GGİM). Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. O, Üzv Ölkələr arasında və Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır.

Nazirlər Kabinetinin 17/17/548-22/25 saylı 3 mart 2014-cü il tarixli və 17/1833-22/25 saylı 07 may 2014-cü il tarixli göstərişlərinə əsasən BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsündə  ölkəmizi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmsil edir və komitə sədri Qərib Məmmədov Təşəbbüsün Asiya və Sakit Okean regional bölməsinin İcraçı Şurasının üzvü seçilib. 6-8 avqust 2014-cü il tarixlərində Nyu-York şəhərində (ABŞ) Təşəbbüsün Ekspertlər Komitəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti də iştirak etdiyi dördüncü  sessiyasında  BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsinin (UN-GGIM: Europe) təsis iclası 1 oktyabr  2014-cü il tarixində keçirilməsi qərara alınıb. 

Moldovanın Kişinyov şəhərində baş tutan təsis iclasında Bölmənin İcraçı Komitəsinin sədri,  müavini və üzvləri seçilib, həmçinin UN-GGIM: Europe  Əsasnaməsi və Prosedur qaydaları qəbul edilib. UN-GGIM: Europe təşkilatının normativ sənədlərinə əsasən BMT-də qəbul olunmuş praktikaya görə həmin qurumda ölkəmizi yalnız bir təşkilat – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmsil edəcəkdir. 

Şərh Yaz

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024