Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (9-11-2020, 05:27)
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir.  Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bu il Dövlət Bayrağı Günü xüsusən əlamətdar ab-havada qeyd edilir.
27 sentyabr 2020-ci il tarixində Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycana qarşı yeni hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Tərtər, Xocavənd, Xocalı rayonlarında beş şəhər, 215 kənd və üç qəsəbə işğaldan azad olunub. Artıq Azərbaycan bayrağı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, Hadrut qəsəbəsi üzərində dalğalanır.
8 noyabr isə Azərbaycanın yeni tarixinin ən əlamətdar günü hesab etmək olar. Bu tarixdə Azərbaycan Ordusu Qafqazın incisi, Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşanı düşmən işğalıdan azad etdi və üçrəngli bayrağımız Qarabağın ürəyində dalğalanır.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - Ali Baş Komandan İlham Əliyevin bu sözləri düşmən işğalından azad olunan Qarabağın yenidən çiçəklənəcəyi, Azərbaycanın ən dilbər güçələrindən birinə çevriləcəyinə əminlik yaradır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
18 09 2025
18 09 2025