Siyasət (30-10-2020, 11:59)
Təmkinli Əliyev, özgüvənsiz Paşinyan... - Kimin əlləri daha etibarlı görünür?
İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın müsahibələrində iki liderin bədən dillərini müqayisə edib.
“Mediatv.az” xəbər verir ki, Nyuman Prezident İlham Əliyevin təmkinli və effektiv bir idarəçi duruşunda olduğunu diqqətə çatdırıb.
“İnsanların bədən dilinə baxaraq çox şey deyə bilərsiniz. Bir neçə gün əvvəl “Euronews”un “Qlobal Həftə Sonu” verilişində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı buraxılışında Ermənistan və Azərbaycan liderlərinin çıxışları bölünmüş ekranda təqdim olundu. Paşinyan yüksək hazırlıq vəziyyətində olan hərbçilərlə mühasirəyə alınıb və işarə barmaqları ilə əsəbi şəkildə jestikulyasiya edərək sanki dinləyicilərini tənbehləyir, həm də azərbaycanlı rəqiblərini təslim olmağa çağırır.
İlham Əliyev sözlərini hesablayan, təmkinli və effektiv bir idarəçi duruşu ilə soyuqqanlı və hazırlıqlı görünür.
Kontrast o qədər böyük idi ki, bu iki şəxsə daha çox baxmaq istədim. Bir çox dünya liderinə platformaları və media görünüşləri üçün təlim keçmişəm və bilirəm ki, duruş, səs tonu, jestlər və üz ifadələri sözlərdən daha artıq həqiqətləri aşkara çıxara bilər.
Keçmişləri bənzər ola bilməz: Paşinyan təşviqat jurnalisti, əlindəki meqafonla izdiham arasında xoşbəxt olan, Əliyev ikinci nəsil siyasətçi, beynəlxalq dünya diplomatiyasının qazisi.
Paşinyanın ermənicə, Əliyevin isə ingilis dilində danışdığı “Euronews”, “Al Jazeera”, “France 24”, “CNN” telekanallarının reportajlarına bir neçə saat baxmaq ilk təəssüratların yaranması üçün kifayətdir.
Paşinyanın silkələnən barmağını və dedikləri ilə ziddiyyət təşkil edən bir sual və ya ona sərf etməyən bir faktla qarşılaşdıqda heyrət içində rəqs edən qaşlarını görürük. Həyəcanlandıqda və ya təzyiq altında qaldıqda onun səsi az qala titrəyənə qədər yüksəlir.
Müsahibələr zamanı Əliyevi seyr etmək təmkinli idarəçi təəssüratını gücləndirir. Nadir hallarda səsini ucaldan, nadir hallarda hədsiz jestlərdən istifadə edən Prezident mühafizəkar bir sabitlik fiquru olaraq qarşımıza çıxır.
Digər diqqətimi çəkən bir detal isə əl jestlərinin müqayisəsi idi. Artıq Paşinyanın ittihamçı barmaq jestlərini görmüşük. Bəzən o, teatral enerjini özündə cəmləşdirə bilsə də, tez-tez böyük, dramatik jestlərlə coşur. Eyni zamanda isə, Əliyev əl hərəkətlərini nəzarət edərək ölçür, bir məsələni ehtiyatla təqdim edir və ya irəliləyən yarım qatlanmış əllə proses boyu atılacaq addımları müəyyənləşdirir.
İngilis dili bədən dili metaforasından istifadə edərək xarakteri təsvir edən ifadələrlə zəngindir.
Bu nöqteyi-nəzərdən iki liderə baxarkən bu sualı verməmək mümkün deyil: Kimin əlləri daha etibarlı görünür?
Bu iki qarşı-qarşıya gələn lider arasındakı bədən dili döyüşünün onların hekayələrini necə əks etdirdiyini görmək maraqlıdır.
Ermənistan mədəni kimlik, tarixi qurban hekayəsi və çoxdan itirilən regional üstünlüyü üçün nostalji üzərində dayanır.
Azərbaycan isə tanınmış sərhədlər, Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq kimi daha az emosional və təsdiqlənmiş bir mövqedə dayanır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024