Siyasət (26-10-2020, 18:26)
“Döyüş zamanı dəyişikliklər labüddür! – “Effektivliyə təsir göstərir!”

“Mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var.
Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir.
Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir”.
Sözügedən çıxışı şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, cənab Prezident bütün proseslərə şəxsən özü nəzarət edir. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı orduda hər zaman düzəlişlər edilir:
“Ali Baş Komandan da sentyabrın 27-dən bu günə kimi müəyyən düzəlişlər edib. Müşavirənin keçirilməsi Azərbaycan Ordusunun 1 aylıq döyüş faəliyyətinin yekunu idi.
Prezident bəzi istiqamətlərdə düzəlişlərə ehtiyac olduğunu deyib. Ali Baş Komandan bunu söyləməklə hərbi əməliyyatlar zamanı bəzi dəyişikliklərin döyüşün effektivliyinə təsir etməsini vurğulamaq istəyib.
Məsələn, döyüş gedir və sonra nəticəni təhlil edirlər. Təhlil zamanı isə müəyyən məsələlər ortaya çıxır. Ola bilsin hər şey döyüş planında yazıldığı kimi getməsin. Döyüş zamanı hansısa düzəlişləri vaxtında etməklə, hədəfə nail olmaq mümkündür”.
Ş.Ramaldanov söyləyib ki, döyüş gedən ərəfədə müəyyən dəyişikliklərin edilməsi normal prosesdir:
“Döyüş planlaşdırılır, əsas məqamlar qeyd olunur və müəyyən hesablamalar aparılır. Bu, daha çox mövcud şəraitlə əlaqədar olur. Lakin döyüş gedən zaman planda nəzərdə tutulmayan manevrlər də ola bilər.
Məsələn, əvvəlki planlaşdırmaya görə döyüş ləng gedə bilər. Bu da vaxt itkisidir. Belə olduqda düzəlişlər labüddur. Prezident hesab edir ki, müəyyən proseslərə düzəliş etmək və əsas tapşırığa nail olmaq üçün fəaliyyət göstərmək lazımdır. Ordumuz cənub istiqamətində irəliləyib, artıq İranla sərhəddi bərpa etmişik.
Cənab Prezident düzəlişlərin vacibliyini qeyd edərək, hansısa istiqaməti gücləndirib ordumuzun orada irəliləməsini daha məqsədəuyğun hesab edir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 07 2025
1 07 2025
1 07 2025
1 07 2025
1 07 2025
1 07 2025
Məşhur “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub -50 ədəd “Playstation” sifariş verib...
1 07 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025