Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-10-2020, 19:01)
İsrail səfiri ermənilərin dinc əhaliyə qarşı şiddətini pislədi

 “Dinc əhaliyə qarşı şiddət və təhdid qəbulolunmazdır”. Mediatv.az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəsmiləri ilə görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik qeyd edib. 
Görüş zamanı diplomatik nümayəndəliyin rəhbərinə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın işğal altında olmayan şəhər və rayonlarının məqsədyönlü şəkildə artilleriya və raketlərdən atəşə tutulması, dinc əhaliyə qarşı törədilmiş əməllər haqqında geniş məlumat verilib, baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməsinin vacibliyi vurğulanıb.
Səfir mülki insanların ölümü ilə nəticələnən hücumların narahatlıq doğurduğunu qeyd edib. “Biz dinc əhalinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Gəncə, Mingəçevir, Bərdə, Tərtər və bir sıra şəhər və rayonların raket və ağır artilleriyadan intensiv atəşə tutulmasına, insanların, o cümlədən uşaqların yaralanmasına və həlak olmasına gətirib çıxaran son hadisələrdən çox təsirləndik. Baş vermiş faciə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”
İsrail xalqının dost Azərbaycan xalqı ilə hər zaman həmrəy olduğunu söyləyən səfir Corc Dik İsrail Dövlətinin Azərbaycana humanitar yardımın göstərilməsinə hazır olduğunu bildirib.   шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024