Siyasət (14-10-2020, 12:40)
Düşmən cəbhəboyundakı enerji xətlərini 330 dəfəyədək vurub

Mediatv.az-a daxil olan məlumata görə, bununla belə təmas xəttində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
“Azərişıq” ASC cəbhə xəttində işləyən əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar gülləkeçirməyən gödəkçə və dəbilqələrlə təmin olunub. Məqsəd əməkdaşların təhlükəsizliyini qorumaqla yanaşı, zədələnmiş xətləri ən qısa vaxtda bərpa edib hərbi hissələri, xüsusi əhəmiyyətli binaları, həmçinin abonentləri elektrik enerjisi ilə təchiz etməkdir.
Xatırladaq ki, cəbhədə yaşanan hadisələrlə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” ASC sədri Vüqar Əhmədovun əmri ilə Xüsusi Qərargah yaradılıb. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.
Onu da qeyd edək ki, ordu sıralarına indiyədək “Azərişıq” ASC-nin 300-dən çox əməkdaşı könüllü olaraq qoşulub.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025