Siyasət (27-08-2020, 15:37)
Liseylər tədrisə başlayır: bəs, orta məktəblər necə? - Deputat
Artıq sentyabrın 1-dən başlayaraq bəzi liseylərin tədrisə başlayacağı barədə məlumat yayılıb. Bildirilir ki, liseylərin onlayn qaydada tədrisi bərpa etmək qərarı haqda şagirdlərə və valideynlərə məlumat göndəriblər.
Bəs, orta məktəblərdə tədrisin başlanması mümkündürmü?
Mediatv.az xəbər verir ki, mövzu ilə bağlı mediaya danışan millət vəkili Malik Həsənov orta və ali məktəblərdə tədrisin nə vaxt başlayacağının hazırda ən ciddi müzakirə mövzusu olmasının başadüşülən olduğunu qeyd edib:
“Təhsil hər bir şagirdin həyatında mühüm amil olmaqla, ümumilikdə ölkənin gələcəyidir və bütün dövlətlər çalışır ki, pandemiya riskləri nəzərə alınmaqla, tədrisin bərpasını təmin etsin. Artıq qardaş ölkə Türkiyədə 21 sentyabrdan məktəblərdə tədrisin başlanması qərarı verilib. Azərbaycan Təhsil Nazirliyi də uzun müddətdir tədrisin bərpası istiqamətində işlər aparır, ictimaiyyətdən təkliflər qəbul edir, müzakirələr gedir”.
M.Həsənovun sözlərinə görə, hazırda ölkədə koronavirus pandemiyasının nəzarət altına alındığını deyə bilərik:
“Azərbaycan koronavirus pandemiyasına qarşı ən uğurlu mübarizə aparan ölkələr sırasındadır. Hələ pandemiyanın ilk günlərindən ölkəmizdə bununla bağlı böyük işlər görülüb, şəxsən Prezident İlham Əliyevin göstərişləri ilə çarpayı yerinin artırılması üçün modul tipli xəstəxanaların tikilməsi, Qafqazda ən müasir xəstəxanalardan olan “Yeni klinika”nın qısa müddətdə istifadəyə verilməsi və koronavirus xəstələri üçün ayrılmasından tutmuş, bu xəstəliyə qarşı dünya ölkələrində tətbiq edilən müalicə üsullarının tətbiqinə qədər, ciddi addımlar atıldı.
Karantin rejiminin tətbiqi, aztəminatlı ailələrə aylıq minimal xərclərini qarşılamaq üçün ödənişlərin verilməsi, sahibkarlıq fəaliyyətinə güzəştlər, özəl sahələrdə iş yerlərinin ixtisar edilməməsi naminə işçilərin maaşlarının ödənilməsinin dövlət tərəfindən həyata keçirilməsi, karantində qalan insanlara 4-5 uduzlu otellərin ayrılması və s. saymaqla bitməyən tədbirlər sayəsində hazırda əldə edilən nəticələr çox ürəkaçandır. Bütün bunlar isə məktəblərdə tədrisin başlanması üçün ciddi zəmin yaradır”.
Millət vəkili qeyd edib ki, bu məqamda həddindən artıq diqqətli olmaq Operativ Qərargahın və Təhsil Nazirliyinin prioritetinə çevrilib:
“Bütün informasiyaların, son tədqiqatların nəticələrinin, ÜST-ün araşdırmalarının əlbəttə ki, son dərəcə diqqətlə təhlil olunduğuna ictimaiyyət qətiyyən şübhə etməməlidir. Bilirsiniz ki, orta və ali məktəblərdə ümumilikdə milyonun üstündə şagird-tələbə təhsil alır, bir çox məktəbdə siniflərdə sıxlıq mövcuddur, şagird sayı 30-un üstündədir. Bütün bunlar isə ciddi risk yaradır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ÜST və dünyanın bir çox tibb üzrə araşdırma mərkəzləri payızda xəstəliklərin artacağını, bunun isə ümumilikdə insanların ümmun sistemini zəiflədəcəyini və beləliklə, koronavirusa yoluxma riskini artıracağını bildirirlər. Buna görə də verilən qərarlar maksimum incələnməlidir”.
Millət vəkili qeyd edib ki, bir müddət öncə təkliflərini səsləndirmişdi:
“Təhsil ekspertlərinin və ictimaiyyətin təkliflərini diqqətlə izləyirik və təklif etmişdim ki, ibtidai və 11-ci siniflərin yarımqruplara bölünərək, həftədə 3 dəfə olmaqla, təhsilini məktəbdə davam etdirməsi, 5-10-cu siniflərin isə onlayn tədrisi davam etdirməsini Təhsil Nazirliyi nəzərdən keçirə bilər. Koronavirusa günlük yoluxmanın nəzarətdə olduğunu diqqətə alsaq, mümkün olduqca məktəblərdə tədrisin bərpası daha yaxşı olar – xüsusilə internet imkanları o qədər də geniş olmayan rayon və şəhərlərdə, kənd məktəblərində. Yəni hesab edirəm ki, tədrisin bərpasında koronavirusun rayonlar üzrə statistikasına uyğun da addım atmaq olar, rayonlar və şəhərlər üzrə ayrı-ayrı qərarlar verilə bilər. Bütün hallarda tədrisin başlanması olduqca vacibdir və hesab edirəm ki, məktəblilər ən yaxın müddətdə ekspertlərin, Təhsil Nazirliyinin və əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün riskləri nəzərə alaraq, tədrisi hansısa formada bərpa etmək yönündə qərarı ilə sevinəcəklər”.
Qeyd edək ki, Operativ Qərargah bu gün saat 17:00-da tədrislə bağlı qərarı elan edəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
30 10 2024
30 10 2024