Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-04-2020, 13:56)
Ərdoğan Səhiyyə nazirlərinin videokonfransının keçirilməsini təklif etdi

 “Bu toplantının təşkil edilməsinə rəhbərlik edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.
Mediatv.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.
Daha sonra Türkiyə Prezidenti koronavirusla mübarizədən bəhs edib: “Dünya olaraq çətin bir savaş aparırıq. Türk Şurasının bu zirvəsi aramızdakı birliyi daha da gücləndirəcək. Bu sıxıntılı dönəmdən də güclənərək çıxacağımıza inanıram.
Virusa nisbətən daha hazırlıqlı yaxalandıq. Tibbi ləvazimatlarla bağlı ciddi çatışmazlıqla qarşılaşmadıq.
Səhiyyə nazirlərimizin də ehtiyac olarsa,  videokonfrans keçirərək məlumat mübadiləsi həyata keçirəcəklərini düşünürəm”.
Ərdoğan çıxışında Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılmasının mümkünlüyünü vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yükün daşınması üçün tədbirlər görürük. Bağlanan quru yolu keçidlərinə görə bu nəqliyyat koridoru ilə yüklərin daşınması prosesinin sadələşdirilməsi, eləcə də müəyyən güzəştlər edilməsinə ehtiyac var.
Rabitə sektoru da bu virusa görə önəmli sınaqdan keçir. Virus təcili zamanlarda bu sahənin fasiləsiz şəkildə işləməsinin vacibliyini bir daha göstərmiş oldu. Şuramızın bu mənada kibertəhlükəsizliyin genişləndirilməsi və tətbiqi mövzusunda da rol oynaya biləcəyinə inanıram. Bütün bu məsələlərin həll edilməsi üçün ticarət və nəqliyyat nazirlərimizin də videokonfrans vasitəsilə bir araya gəlməsini təklif edirəm”.шаблоны для dle 11.2

Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024