Siyasət / Gündəm (28-10-2019, 14:00)
Ermənistanın eks-deputatı: Azərbaycan rəsmiləri Ermənistan hakimiyyətini “döyür”
Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş deputat Armen Aşotyan ölkəsinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünə qatılmamasını tənqid edib.
“Azeridaily”nin məlumatına görə, A.Aşotyan Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladıb.
O deyib ki, Azərbaycan illərdir buna hazırlaşırdı və Hərəkat rəsmi Bakı üçün beynəlxalq aləmdə öz mövqeyini irəli sürmək istiqamətində əsas vasitələrdən birinə çevrilib.
A.Aşotyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitqinin əsas hissəsini Qarabağa həsr edərək Azərbaycanın maraqlarını qoruyub.
“Bu fonda Ermənistan hakimiyyətinin Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak etməməyə qərar verməsi istehza doğurur. Halbuki Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi statusundadır. Lakin bir neçə gün qabaq Ermənistanın Xarici İşlər Nazirliyi bəyan etdi ki, ölkənin bu sammitdə iştirakı məqsədəuyğun deyil”, - deyə A.Aşotyan əlavə edib.
Eks-deputat vurğulayıb ki, Ermənistan gücsüz və “dişsiz” xarici siyasət yürüdür:
“Mən dəfələrlə demişəm ki, bizim yüksək vəzifəli rəsmilərimiz, xüsusilə parlamentin sədri və Milli Təhlükəsizlik Şurasının katibi beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı danışmaqdan çəkinirlər.
Beləliklə də, Azərbaycanın yüksək ranqlı rəsmiləri Ermənistan hökumətinin nümayəndələrini və mövcud hakimiyyəti “döyür”. Onlar (Ermənistan hakimiyyətini nəzərdə tutur) hər hansı bir əks tədbir görmürlər”.
A.Aşotyan Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın BBC-yə “Hard Talk” verilişinə verdiyi müsahibəyə də toxunub.
O bildirib ki, Z.Mnatsakanyanın müsahibəsi uğursuz idi.
“Ermənistan hökumətinin təbliğat maşını Xarici İşlər nazirinin qalmaqallı müsahibəsinin nəticələrinin qarşısını almaq üçün əbəs yerə çalışır. Lakin təqdim olunan arqumentlər parlament diplomatiyası qədər zəifdir. Bu insanlar elə bilir ki, ölkə daxilində nağıl danışmaqla xaricdə siyasəti gücləndirirlər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024